
İlahiyyatçı: Təsbeh çəkərək və ya barmaqlarla zikr etməklə insan ruhu sükunət tapır
09:50 24.07.2025
Cəmiyyət
648
İnsan Allahın bəndələrində ən çox sevmədiyi xüsusiyyət - təkəbbürdən uzaqlaşır
Təsbeh çevirmək sağlamlığı möhkəmləndirirmiş. Mütəxəssislərin bu haqda fikirləri təəccüblü faktları ortaya çıxarır. Sağlamolun.az-ın məlumatında qeyd olunur ki, təsbeh Allahın adlarını zikr edərkən, qısa duaları oxuyarkən hesabı itirməmək üçün bir vasitədir. Demək olar ki, bütün dinlərdə təsbehdən istifadə edilir. Lakin alimlər təsbeh çevirmənin tək insanın ruhu üçün deyil, sağlamlığı üçün olan çoxsaylı faydalarını aşkar ediblər. Təsbeh çevirmək stress, nevroz, yuxu pozulmalarına qarşı faydalıdır, əsəbləri sakitləşdirir. Fiziologiya baxımından bu belə izah olunur - barmaqların uclarında yerləşən sinir uclarının beyin mərkəzləri ilə birbaşa əlaqəsi var. Barmaqların uclarına təsir etməklə biz beyin mərkəzlərinə də təsir edirik. Qədim Yaponiyanın "şiasu" terapiyasında barmaqların və xüsusilə barmaq uclarının masajı həyəcan zamanı və həmçinin mədə-bağırsaq sistemi, qaraciyər, ürəyin möhkəmləndirilməsi məqsədi üçün istifadə olunur. Müasir tibdə də bu nöqteyi-nəzər təsdiq olunur. Alimlər sübut edir ki, təsbeh çevirmək baş ağrılarını azaldır, təzyiqi normallaşdırır. Bu zaman insan dua oxuduqda sağlamlığa olan faydalı təsir daha da artır. Elm duanın insan sağlamlığına olan güclü müsbət təsirini təsdiq edir. Müasir tibb "təsbehlə terapiya"nı bir çox xəstəliklərin profilaktikası üçün effektli hesab edir. Kiçik motorikanın (barmaqların hərəkətləri) beyinin fəaliyyətinə olan müsbət təsiri tibdə çoxdan sübut olunub. Kiçik motorika beyinin fəaliyyətini yaxşılaşdırır, beyinin cavanlığını qoruyur. Məhz bu səbəbdən həkimlər yaşlı insanlara beyinin sağlamlığını qorumaq üçün naxış tikmək, toxumaq, pazı yığmağı tövsiyə edirlər. Barmaqlarla hərəkətlər beyinin fəaliyyətini stimullaşdırır, beyinin yaşlanmasını ləngidir. Təsbeh çevirmək də bu hərəkətlərə aiddir. Müasir psixoterapiyada da təsbeh çevirmək müalicəvi vasitə kimi istifadə olunur. Psixoloqların fikrinə görə, təsbeh siqaretdən imtina etməyə kömək edə bilər. Alimlər təbii materiallardan (ağac, daş, sümük və s.) hazırlanmış təsbehdən istifadə etməyi tövsiyə edirlər.
Alimlərin fikri önəmlidir, əlbəttə. Bəs ilahiyyatçılar təsbeh çevirməyin faydalarını necə izah edir?
İlahiyyatçı Ağa Hacıbəyli Sherg.az-a açıqlamasında zikrin mənəvi gözəlliklərini və faydasını belə izah etdi:

- Barmaqla zikrlərin edilməsi əziz peyğəmbərimiz Muhəmməd əleyhissalamdan tövsiyə olaraq gəlib. Qaynaqlarda qeyd olunur ki, peyğəmbər əleyhissalam buyururdu “barmaqlarla təsbeh çəkin. Qiyamət günü onlar danışacaq, şahidlik edəcək”. "Qurani-Kərim"də də bununla bağlı ayələr var. Biz inanırıq ki, qiyamət günündə Allah-təala insanın dilini, bədən əzalarını etdiyi xeyir və şər əməllərə görə danışdıracaq. Ağız bağlanacaq, əzalar danışacaq. Bədənin danışmaq qabiliyyəti başqa bir istedad olaraq qiyamət günü önə çıxacaq, görünəcək. İşin əsası zikrin daha çox insanın mahiyyətinə hopmasıdır. Zikrlər çoxdur. Rəbbimizin 99 gözəl adlarının - əsmaül-hüsnanın zikri, bildiyimiz məşhur 3 zikr – subhənallah, Əlhəmdulillah, Allahu-əkbər və ya Lə iləhə-illəllallahla başlanan zikr və sair. Bütün bunlar insanın beyni ilə, ruhu ilə bütün o kiçik kainat olan mikrokosmik sistemi ələ alan bir hal ilə yanaşmasıdır. İnsanın gündəlik olaraq belə bir zikrə qoşulması o Böyük Qüdrəti xatırlamaq, onunla rabitəyə keçmək, insanın ruhunun Allaha bağlanması, görünməyən bağlarla, rabitəylə Yaradanın əsmasına bağlanması, fövqəladə xeyirə çevriləcək haldır. Quranın bir adı da zikrdir. Zikr etmək insanı qəflətdən uzaqlaşdırır. İnsanın beyninə, qəlbinə, vicdanına, rəhmətin enişinə bir vəsilə qapısıdır. Zikrləri həm dil ilə, həm də qəlbin, ruhun dili ilə dilə gətirməyimiz mənəvi dünyamızın yenidən dizayn edilməsinə, şəkillənməsinə ən böyük xidmətimizdir. Təsbeh çəkərək və ya barmaqlarla zikr etməklə insan ruhu sükunət tapır, aqressiyadan uzaqlaşır, sui-zənnlər yox olur, kin damarları qoparılıb atılır, insan Allahın bəndələrində ən çox sevmədiyi xüsusiyyət - təkəbbürdən uzaqlaşır. Əgər bunları edə bilmiriksə, demək ki, zikrin haqqını layiqincə verə bilməmişik, ona layiq həyat yaşamırıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət