İnsanlıq ölüb! - Yıxılan əlilə kömək etmədilər
Məlahət Rzayeva
07:35 08.05.2021
Cəmiyyət
1321
Yolun ortasında əlil arabasından yıxılan adam yardım gözləsə də, kimsə ona yaxınlaşmayıb. Fiziki qüsurlu şəxs yıxıldığı yerdə qalıb, nə qədər çalışsa da təkərli arabaya əyləşə bilməyib. Avtomobillər yanından ötüb keçib, bir nəfər də maşından düşüb adama yardım etməyib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında İstanbulun Beşiktaş sahil yolunda yaşanıb. Çarəsiz qalan adamın yerdə çabalaması “demək ki, insanlıq ölüb artıq!” qənaətini yaratdığı zamanda bir motosikletçi ona yaxınlaşıb və qalxıb təkərli arabaya əyləşməsinə yardım edib. Motosikletçinin kaskasındakı kameraya ətrafda xeyli adamın olduğu, lakin onların da əlil şəxsə yaxınlaşmadığını görüntülənib. Bu gənc isə əlil şəxsdən 150 metr məsafədə olmasına baxmayaraq onun yardımına gəlib.
Əlil şəxsə yardım edən 26 yaşlı Buğra Redkan həmin vaxt sahildə gəzirmş. Əlil arabasından yıxıan adamı uzaqdan görüb. Buğra Redkan həmin anları anladaraq “mən onun yıxıldığını gördüm. Aramızda 150 metrədək məsafə olardı. Ətrafda adamlar vardı. Düşündüm ki, insanlar yardım edəcək, motosikletə minib Sultanqaziyə tərəf gedirdim ki, adamın hələ də yerdə çabaladığını gördüm. Motosikleti yol kənarında park edib ona qaçdım. Təxminən 50 metr qaçdım. Onu yerdən qaldırdım. Əzilib-əzimədiyini soruşdum. Yaxşı olduğunu söylədi. Sonra da tələsik arabanı sürüb getdi. Bəlkə də düşdüyü vəziyyətədn xəcalət çəkirdi. Amma xəcalət çəkməli o deyildi, ona yardım etməyənlər, kınarda dayanıb seyr edənlər, işıqforun qırmızı işığında dayanıb yerdə çabalayan adama tamaşa edən sürücülər xəcalət çəkməlidir. Mən yardım etdikdən sonra ətrafdakılar “heç kim yardım etmir” deməyə başladılar. Halbiki özləri də adama heç bir şəkildə yardım etməmişdilər. Çox acınacaqlı bir haldı, çox üzüldüm” deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq