İstilik mövsümünə hazırlıq hansı səviyyədədir? - AÇIQLAMA
Yusif Nəzərli
17:24 11.11.2022
Cəmiyyət
425
Artıq havalar soyumağa başlayıb. Noyabrın 15-dən etibarən paytaxt və digər ərazilərdə yaşayış binalarına, eləcə də aidiyyəti üzrə dövlət müəssisələrinə istiliyin verilməsinə başlanılacaq.
Bəs “Azəristiliktəchizat” ASC istilik mövsümünə hazırdırmı?
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ASC istilik mövsümünə dair təmir-bərpa işlərini yekunlaşdırıb:
“Cəmiyyət qışa tam hazırdır. Bakı şəhəri və respublikanın regionlarında olan digər 538 qazanxana və 87 istilik məntəqəsi noyabrın 15-dən işə qoşulacaq. Qeyd edək ki, istilik mövsümü ərzində istehlakçılar istilik enerjisi ilə tam təmin olunacaqlar.
Bakı şəhəri və respublikanın digər regionlarında balansında olan 564 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 180 minə yaxın mənzil, habelə 2085 sosial və təsərrüfat hesablı obyektləri istiliklə təmin edilir”.
“Azəristiliktəchizat” ASC ölkə ərazisində 2022-2023-cü payız-qış mövsümündə həm də 282 məktəbi və 157 uşaq bağçasını istiliklə təmin edəcək. 73 yaşayış binasında 16 minə yaxın sakinə isti su xidməti göstəriləcək.
1000 km-dən artıq magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və mövsüm zamanı su itkisi yarana biləcək istilik xətlərinin yeni xətlərlə əvəz olunması işləri yekunlaşdırılıb”, - deyə ASC-dən qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm