İtaliyanın ən yaşlı kişisi vəfat etdi

İtaliyanın ən yaşlı kişisi 113 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb .

Agentliyin məlumatına görə, ölkənin cənubundakı Basilikata bölgəsində yerləşən Avigliano kommunasının Sarnelli kəndinin sakini Vitantonio Lovallo martın 25-də 112 yaşına çatıb. Onun ölüm xəbərini əvvəllər kəndin meri Cüzeppe Mekka açıqlamışdı.

Mart ayında Avigliano bələdiyyə administrasiyası yüzillik yubiley münasibətilə ona kənd icmasına göstərdiyi xidmətlərə və işlərinə görə minnətdarlıq əlaməti olaraq xatirə lövhəsi təqdim etdi.

Lovallo 1914-cü ildə anadan olub və gəncliyində çobanlıq edib. İkinci Dünya Müharibəsi zamanı orduya çağırılıb və 1943-cü ildə Yunanıstanda əsir götürülüb. Daha sonra Almaniyadakı həbs düşərgəsinə sürgün edilib və 8 may 1945-ci ilə qədər orada qalıb. Müharibədən sonra Lovallo Basilikataya qayıdıb.

Kişinin dəfn mərasimi sentyabrın 17-də Sarnelli şəhərindəki San Vincenzo Ferrer kilsəsində keçiriləcək. Onun iki qızı və bir oğlu qalıb.

"Il Quotidiano del Sud" qəzetinin məlumatına görə, İtaliyada yaşayan ən yaşlı insan hazırda 115 yaşlı Lusiya Laura Sangenitodur.