
İyunun 1-dən Gürcüstanla quru sərhədlərinin açılması reallaşacaq
Yusif Nəzərli
08:40 25.05.2022
Cəmiyyət
2479
Artıq hər iki ölkənin rəsmiləri qərar vermək ərəfəsindədir
Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanla quru sərhədlərinin açılması məsələsini nəzərdən keçirir. Gürcüstan XİN-in bəyanatında deyilir ki, Azərbaycan və Gürcüstanın fəal əməkdaşlığı sayəsində hava nəqliyyatı ilə hərəkət edən sərnişinlərlə bağlı məhdudiyyət ləğv edilib:
"Yerüstü nəqliyyatla hərəkət edən sərnişinlərə gəldikdə bu istiqamətdə qaydaların yumşalması üçün işlər aparılır".
Qeyd edək ki, rəsmi qurumlar arasında Gürcüstanla Azərbaycan arasında quru sərhədlərinin açılması məsələsi bir neçə dəfə müzakirə olunub.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov "Şərq"ə açıqlamasında bildirib ki, məsələ çoxdandır müzakirə olunur:
"Ölkə vətəndaşları, müxtəlif kateqoriyaya aid edilən miqrant qruplarla keçirdiyimiz görüşlərdə, bu mövzu vaxtaşırı gündəmə gətirilir. Təbii ki, pandemiyanın yayılma təhlükəsinin azalması yumşalmanı tələb edən haldır. Məsələn, dünən Gəncədə səfərdə olduğum müddətdə orada təhsil alan əcnəbi tələbələrlə görüşdüm. Onların böyük əksəriyyəti zamanında Türkiyəyə məhz quru sərhədlər vasitəsilə gedən şəxslər olub. Tələbə olan insanlar heç də hər zaman təyyarə üçün bilet ala bilmir. Bu da nəticə etibarilə onları çıxılmaz vəziyyətə qoyur. Gün ərzində bir neçə universitetdə görüş keçirilib. Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin, Gəncə Texnologiya Universitetinin əcnəbi tələbələri bir ağızdan quru sərhədlərin açılmasında maraqlı olduqlarını dilə gətiriblər. Əgər Gürcüstanla Azərbaycan arasında quru sərhədlərin açılması ilə bağlı qərar verilərsə, sözsüz ki, digər dövlətlərlə olan sərhədlərə də şamil edilməlidir. Bundan başqa, statistik rəqəmlərdəki dəyişikliklər miqrasiya mübadiləsinin geniş miqyas almasından xəbər verəcək. Çünki bizim quruma daxil olan müraciətlərdə də tək Gürcüstan yox, Azərbaycanın miqrasiya mübadiləsinin çox yüksək olduğu dövlətlərdə yaşayan həmvətənlərimiz və ölkəmizə səfər etməyi planlaşdıran turistlər mövcuddur. Həmin şəxslər turizm mövsümü ərəfəsini quru sərhədlər vasitəsilə etməyə maraqlı olduqlarını ifadə edirlər. Çünki maddi cəhətdən ən optimal yollardan biri də quru sərhədlər üzərindən gediş-gəlişin baş tutmasıdır. İnanıram ki, iyulun 1-nə kimi mövcud olan sərt karantin qaydaları bir qədər də yumşalacaq. Nəticə etibarilə gələn aydan çoxsaylı müraciətləri nəzərə alaraq, eyni zamanda pandemiyanın yayılma dairəsinin azalmasını diqqətdə saxlayan Operativ Qərargah müvafiq qurumlarla müzakirələr apardıqdan sonra quru sərhədlərin açılması ilə bağlı qərar verəcək. Bu gün quru sərhədlər üzərində gediş-gəliş var, amma qismən, müəyyən qrafik, razılaşdırmalar əsasında. Ona görə də sərhədlərin tam açılması miqrasiya mübadiləsinin də intensiv inkişaf etməsinə gətirib çıxaran bir hal olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət
BƏƏ-də raket təhlükəsi elan edildi
21:10 04.05.2026
Dünya
Türkiyədən on il ərzində 1 407 568 suriyalı geri qayıdıb
20:57 04.05.2026
Region
“Çelsi” öz meydanında məğlub olub
20:44 04.05.2026
Futbol
Paşinyan Cənubi Kiprin prezidenti ilə TRIPP-i müzakirə etdi
20:30 04.05.2026
Dünya