Konfetin içərisindən dəmir parçası çıxdı - Antisanitar şəraitdə istehsal... !
Banuçiçək Kalbalıyeva
13:56 29.07.2020
Cəmiyyət
905
“Onun istehsalı adi bir sexdə, qanunazidd formada həyata keçirilib”
Bakıda marketdən alınan konfetin içərisindən dəmir parçası çıxıb. Bu barədə müştəri Pərviz Şükürov məlumat verib. P.Şükürov paytaxtın Bakıxanov qəsəbəsində yerləşən "Sərham" marketdən çəki ilə "Sweet drop" adlı konfet alıb. Konfeti yeyən zaman onun içərisində dəmir parçası olduğu məlum olub. Yəni, necə deyərlər, üstü bəzək, altı isə...
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu barədə “Sherg.az”a danışıb. Onun sözlərinə görə, konkret konfetin istehsalında standartlar gözlənilmir:
“Əgər məhsulun içərisindən kənar bir cisim çıxırsa, onun antisanitar şəraitdə istehsal olunduğuna heç bir şübhə qalmır. Mən keçən il bir çörək sexinə getdim və qadınların qulaqlarında sırğa, əllərində üzük ola-ola işlədiklərini gördüm. Əlbəttə, belə hallara yol vermək olmaz- nə çörək, nə də başqa bir məhsulun istehsalında. Konfet mexanikləşdirilmiş şəraitdə istehsal olunur.
Bu prosesdə həm də kənar cisimlər çıxdaş edilir. Əgər müştərinin aldığı məhsulun içərisindən dəmir çıxıbsa, deməli, onun istehsalı adi bir sexdə, qanunazidd formada həyata keçirilib. Alıcılar bu cür hallarda gərək Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol