Marketlərdə bu tarixdən polietilen torbalar pullu olacaq
09:02 03.02.2023
Cəmiyyət
472
Bakıda marketlərdə alıcılara verilən polietilen torbalar yaxın günlərdən etibarən ödənişli ola bilər.
Sherg.az “Qafqazinfo”ya istinadla bildirir ki, bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri market şəbəkələrinə məktub göndərilib. Məktubda qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında qalınlığı 15-20 mikron olan yüngülçəkili polietilen torbaların nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilməsi üçün təcili tədbir görülsün və bunun nəticələri ilə bağlı Dövlət Xidmətinə 5 iş günü ərzində məlumat verilsin.
Market şəbəkələri onlara belə məktub göndərildiyini və hazırda pərakəndə satış sektorunun bununla bağlı hazırlıqlara başladığını bildirdilər. Məlum oldu ki, şirkətlərə fevralın 15-dək vaxt verilib və tapşırılıb ki, bununla bağlı hazırlıq görülsün. Polietilen torbaların satış qiymətlərinə gəlincə, bununla bağlı vahid məbləğ müəyyən olunmayıb. Bunu hər şirkət özü təyin edəcək.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirildi ki, Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na dəyişiklik edilib.
Dəyişikliyə əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı istehlakçılar tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməlidir: “Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya əvvəlcədən məlumat verilməlidir. “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 46-cı maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən qeyd olunan məhsulların ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçılara satılması və ya verilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir”.
Dövlət Xidmətindən həmçinin bildirilib ki, Vergi Məcəlləsinə əsasən, nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN, çekin vurulmasının tarixi və saatı, malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti, yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği), ödənişin forması, üsulu və digər məlumatlar göstərilməlidir. Qeyd olunan tələblərin pozulmasına görə Vergi Məcəlləsinə uyğun olaraq maliyyə sanksiyası nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət