MEDİA Agentliyi, Audiovizual Şura və BDU arasında əməkdaşlıq memorandumu imzalanıb-FOTO
Yusif Nəzərli
13:24 19.10.2022
Cəmiyyət
382
19 oktyabr 2022-ci il tarixində Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumun imzalanmasında məqsəd qarşılıqlı fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, universitet tələbələri üçün praktiki və nəzəri təlimlərin təşkilinin reallaşdırılması, media sahəsində müasir çağırışlara cavab verən kadrların hazırlanmasına dəstək göstərilməsidir.
Sənədi Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalayıblar.
Memoranduma əsasən, universitetin professor-müəllim heyəti və təhsilalanları üçün elmi-praktik bilik və bacarıqların inkişafı, medianın funksiyaları və müasir inkişaf meyilləri sahələrində birgə layihələrin təşkili, yüksək ixtisaslı jurnalist kadrların hazırlığı istiqamətində əməkdaşlıq edilməsi razılaşdırılıb.
Memorandum çərçivəsində MEDİA Agentliyi və Audiovizual Şura tərəfindən BDU-nun müxtəlif səviyyələrdə jurnalistika ixtisası üzrə təhsilalanlarına təcrübi tələblərə uyğun buraxılış işi və dissertasiya mövzularının müəyyənləşdirilməsinə dəstəyin verilməsi, universitet məzunlarının və xüsusi istedadlı təhsilalanların müxtəlif media subyektlərində işə cəlb edilməsinə köməklik göstərilməsi, media sahəsində müasir texnologiyaların və elmi inkişafın istifadəsində qarşılıqlı əlaqələndirmənin həyata keçirilməsi nəzərdə tutulub
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya