Mehriban Zeynalova: Övladını tənha böyüdən kişilər - atalar da var
Yusif Sultanoğlu
11:51 19.11.2023
Cəmiyyət
757
Körpəli qadınlara güzəştlər edilməlidir
“Onlar da nəzərə alınmalıdır. Təkliflər müsbətdir, ailənin möhkəmliyinə, uşaqların valideyn qayğısı ilə daha çox əhatə olunmasına yönəlib”
Hamilə və yetkinlik yaşına çatmamış övladı olan qadınlar iş yerində üstünlüklər əldə edəcək. Əmək Məcəlləsinə təklif edilən dəyişiklik təsdiqlənəcəyi təqdirdə. Təklif olunan dəyişiklik bundan ibarətdir ki, hamilə, 4 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol veriləcək. Bu dəyişiklik 14 yaşınadək uşağı, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən qadınlara da şamil ediləcək. Eyni zamanda üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə biləcəklər. Bu təkliflər Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb. Hazırda qüvvədə olan qanuna əsasən, hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir. Lakin mövcud qanunvericilikdə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin gecə vaxtı yerinə yetirilən işlərə cəlbinə dair müddəa isə yoxdur.
Əmək Məcəlləsinə təklif edilən dəyişiklik barədə “Sherg.az"a danışan “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, hər il Dünya Bankı tərəfindən işləyən qadınların əmək münasibətləri ilə bağlı formalaşmış normaların tətbiq səviyyəsi göstəricilərini ehtiva edən “Qadınlar, biznes və hüquq hesabatı” dərc edir:
"Hesabatda hansı ölkədə əməkçi qadınların vəziyyəti necədir, hansı ölkədə qadınların əmək hüququ daha çox qorunur, bunlara dair məlumatlar verilir və buna əsasən də ölkələrin reytinqi müəyyənləşir. Azərbaycanın reytinqinin yüksəldilməsi üçün Əmək Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. Qadınların məşğulluq imkanları artırılmalıdır, onların orta aylıq əməkhaqqı artırıımalıdır, əməkhaqqının təyinində gender bərabərliyi təmin edilməlidir. Əlbəttə ki, əsas şərtlərdən biri uşaqlı qadınlara ediləcək güzəştlərdir. Təbii ki, uşaqlı qadınlar üçün gecə növbəsində işləmək, bayram, istirahət günlərində çalışmaq çətindir. Ana övladı ilə daha çox vaxt keçirməlidir. Ailənin yükü qadının üzərindədir. Qadına iş yerində istirahət, bayram günləri ilə bağlı güzəşt edilməlidir. İstirahət və bayram günləri uşaq müəssisələri işləmədiyindən, bağlı olduğundan işləyən qadınlar üçün çox çətin olur. Həftəarası iş günlərində də uşaqlı qadınlara güzəşt edilməli, iş saatı onlar üçün azaldılmalıdır. Qadın işdən gec çıxır, uşaq qalır bağçada, uşaq anasına irad tutur ki, “ana, niyə gec gəlirsən?!”. Eləcə də məktəblilər, məktəbdən sonra nəzarətsiz qalmasın deyə, əməkçi qadınların evə tez dönməsi təmin edilməlidir. Övladını tənha böyüdən kişilər - atalar da var. Onlar da nəzərə alınmalıdır. Təkliflər müsbətdir, ailənin möhkəmliyinə, uşaqların valideyn qayğısı ilə daha çox əhatə olunmasına yönəlib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya