MEK-in baş direktoru Özbəkistan Milli Kitabxanasında olub-FOTO
Yusif Nəzərli
11:46 21.10.2022
Cəmiyyət
457
Özbəkistana rəsmi səfər çərçivəsində AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru, professor Məmməd Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında olublar.
Milli Kitabxananın direktoru Umida Teşabayeva ilə görüş zamanı iki qurum arasında sıx əməkdaşlıq münasibətləri müzakirə olunub. Bildirilib ki, qarşılıqlı informasiya və nəşr mübadiləsi hər iki kitabxananın istifadəçiləri üçün geniş imkanlar yaradacaq.
Kitabxananın beynəlxalq əlaqələrinin genişləndirilməsinin prioritet istiqamətlərdən olduğunu vurğulayan baş direktor rəhbərlik etdiyi kitabxana haqqında ətraflı məlumat verib.
Görüş zamanı, bu cür faydalı əməkdaşlığın gələcəkdə də davam etdirilməsi məqsədilə ikitərəfli memorandumun imzalanması müzakirə olunub.
Sonra direktor Umida Teşabayevanın müşaiyəti ilə Özbəkistan Milli Kitabxanasını daha yaxından tanımaq məqsədilə eksursiya təşkil edilib. Kitabxananın qeydiyyat qaydaları, oxu zalları, fondları, rəqəmsallaşdırma imkanları, o cümlədən həmin kitabxananın elmi nəşrləri haqqında ətraflı məlumat verilib.
Görüşün sonunda “Şuşa İli” çərçivəsində MEK tərəfindən tərtib olunan “Şuşa-270” adlı biblioqrafik göstərici, akademik Kamal Abdullanın "“Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika", AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən hazırlanan özbək şairi Əlişir Nəvaiyə həsr olunmuş kitablar Özbəkistan Milli Kitabxanasının fonduna hədiyyə verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə