Məktəbdə “Son zəng” oldu, bitdi!
Yusif Nəzərli
14:43 14.06.2023
Cəmiyyət
497
Sonrakı tədbirlər qəbuledilməzdir və olmamalıdır
Elm və təhsil naziri Emin Əmrullayev “Son zəng” tədbirləri haqqında əmr imzalayıb. Əmrə əsasən, “Son zəng” tədbiri 14 iyun 2023-cü il tarixdə hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq. “Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin dəvət olunması ümumi təhsil müəssisəsinin rəhbərlərinə tövsiyə edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə “Son zəng”in keçirilməsi müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülməsi tapşırılıb. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.
Bu məzmunlu qərarlar hər tədris ilinin sonunda imzalanır. Qərara baxan kimdi?!. Buraxılış sinifləri, təkcə onlar da deyil, ümumiyyətlə məktəblilər məktəbdənkənar qərarları özləri verir, valideynləri və müəllimləri ilə birgə. Bəs axşam restoran “bağlatdırmalar”, filan hardan peyda olur, sizcə?!. Bu işdə də yenə baş rolda valideynlərdi. “Aa... balam “11”i bitirir, qeyd etməyəcəyik?!” deyə qaşını göyə qaldırıb gözlərini süzdürən, dodağını da büzən anaları yoxsa heç görməmisiniz?! Bu il də fərqli bir şey olmayacaq. Nazirin qərarı nimdaşlaşdıqca, məktəblilərin qərarları yeni-yeni çalarlar qazanır. Bahalı restoranlar, bahalı menyular, şəhərkənarı gəzintilər, uzaq məsafələrə turlar... Sonu xeyirli olsun, təki. Kimsənin xoş günü qara gəlməsin. Lakin, amma... Bədbəxt hadisələrsiz də ötüşmür “Son zəng” günü.
Təhsil eksperti Kamran Əsədov məhz bədbəxt hadisələr önlənsin deyə “Son zəng” tədbirlərinin məktəbdən kənar hissəsinin qəti əleyhinədir:
- Hər il olduğu kimi bu il də orta ümumtəhsil məktəblərini minlərlə şagird bitirir. 80 min məzunumuz olacaq. Hər il də “Son zəng” tədbirlərinin məktəbdənkənar hissəsində xoşagəlməz, bədbəxt hadisələrin şahidi oluruq. Valideynlər övladları üçün restoran sifariş edir, bəziləri şəxsi avtomobillərini övladlarına “hədiyyə” edir, nəticədə bədbəxt hadisələr baş verir. Ötən illərdə də bu cür faciəli hadisələr olub, orta məktəbi əla qiymətlərlə bitirmiş bir neçə şagird avtomobil qəzasında həlak oldular. Belə faciəli hadisələr baş verməsin, övladlarımız “Son zəng”in qurbanı olmasın deyə, Nazirliyin qərarına ciddi şəkildə riayət edilməlidir. Məktəblilər elə zənn edir ki, “Son zəng” çalındısa, artıq məktəbli deyillər, özləri sərbəst qərar verə bilər, hara istəsələr gedərlər. Xeyr, məktəbli orta ümumtəhsil məktəbini bitirməsi haqqında attestatı alanadək məktəblidir və məktəbin tabeliyindədir. Məktəb də onlara görə məsuliyyət daşıyır. Hesab edirəm ki, “Son zəng”lə bağlı sadəcə, tövsiyə xarakterli qərarlar verilməməlidir, həm də ciddi qadağalar qoyulmalıdır. Çünki xoşluqla bunun qarşısını almaq olmur. Biz “Son zəng” tədbirlərinin məktəbdən kənardakı hissəsinə qarşı birmənalı şəkildə mübarizə aparmalıyıq və bu cür tədbirlərə qəti icazə verilməməlidir. Məktəbdə “Son zəng” oldu, bitdi! Sonrakı tədbirlər qəbuledilməzdir və olmamalıdır. Burada valideynlər böyük məsuliyyət daşıyır və adətən məhz valideynlər “Son zəng”in məktəbdən kənarda keçiriləcək mərasimlərinin əsas təşkilatçıları olurlar. Amma bir bədbəxt hadisə baş verəndə müəlllim, məktəb direktoru məsuliyyətə cəlb olunur, valideynsə qalır kənarda.
Xəbər lenti
Hamısına bax
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət