Milli Məclisdə toplantı: Bir neçə qanuna dəyişiklik ediləcək
Ayyət Əhməd
13:51 13.09.2019
Cəmiyyət
579
Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. Parlament sədrinin müavini, komitənin sədri Bahar Muradova 2019-cu ilin payız sessiyasının başladığını qeyd edib.
Son dövrdə ölkəmizdə əldə edilən nailiyyətlərdən danışan B.Muradova qeyd edib ki, bu uğurların qazanılmasında Prezident İlham Əliyevin rolu xüsusidir: “Ölkədə bütün istiqamətlərdə ciddi islahatlar həyata keçirilir. İqtisadi, sosial, humanitar sahələri əhatə edən bu islahatlar inqilabi xarakter daşıyır və əhalinin rifah halının yaxşılaşdırılmasına müsbət təsir göstərir”.
Sonra komitə sədri gündəlikdəki məsələlər barədə məlumat verib. Komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarındakı fəaliyyəti barədə hesabat təqdim olunduqdan sonra bildirilib ki, sessiya ərzində 10 iclas keçirilib, 18 məsələ müzakirə olunub. Komitə tərəfindən Milli Məclisə tövsiyə edilən 16 qanun layihəsi qəbul olunub. Bunlardan “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Antikorrupsiya Orqanlarının və Ombudsmanların əməkdaşlığı üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Mərkəzinin (RCCACO) Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanunları qeyd etmək olar.
B.Muradova diqqətə çatdırıb ki, hesabat dövründə komitəyə 800 müraciət daxil olub:
“Komitə rəhbərliyi tərəfindən 124 vətəndaş qəbul edilib. 620 məktub baxılması üçün aidiyyəti üzrə göndərilib. Nəzarətə alınaraq göndərilən 236 ərizədən 217-nə yazılı cavab verilib”.
Daha sonra B.Muradova 2019-cu il payız sessiyası üçün komitənin iş planı barədə məlumat verib: “Növbəti sessiyada Milli Məclisə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanun və qərar layihələrinə dair rəy hazırlanması, beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri ilə əməkdaşlığın inkişaf etdirilməsi, ölkədaxili və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi nəzərdə tutulur”.
Komitə üzvü olan deputatlar komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında fəaliyyətini qənaətbəxş hesab edərək 2019-cu ilin payız sessiyası üçün iş planını müsbət dəyərləndiriblər, cari məsələlərlə bağlı fikirlərini bölüşüblər.
İclasda “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi haqqında məlumat verilib. Bildirilib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna edilən dəyişikliklərə əsasən, 1.0.8-ci maddədə “psixi” sözü “psixoloji” sözü ilə əvəz edilir, 7.0.1-ci, 15.0.5-ci, 19.2.3-cü maddələrdə “reabilitasiya” sözündən sonra “və psixoloji korreksiya” sözləri, 8.0.6-cı maddədə isə “psixoloji” sözündən əvvəl “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada” sözləri əlavə olunur. Layihəyə daxil olan digər qanunlara da müvafiq düzəlişlər edilib.
Diqqətə çatdırılıb ki, yuxarıda adı çəkilən qanunlarda nəzərdə tutulan dəyişikliklər “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli Qanunu ilə əlaqədardır. Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm