Mingəçevirin Gənclər Paytaxtı seçilməsi ilə bağlı tədbir keçirilib - FOTO
Yusif Nəzərli
10:08 02.02.2023
Cəmiyyət
459
Mingəçevirin Gənclər Paytaxtı seçilməsi ilə bağlı tədbir keçirilib.
“Report” xəbər verir ki, tədbir Mingəçevir şəhəri Heydər Əliyev mərkəzində baş tutub.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin sədr müavini, millət vəkili Əli Hüseynli, Gənclər Fondunun rəhbəri Fərid Cəfərov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk söz Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynliyə verilib.
Millət vəkili öz çıxışında Gənclər Gününün önəmindən bəhs edərək bildirib ki, məhz Heydər Əliyev ilində Mingəçevirin Gənclər Paytaxtı seçilməsi xüsusi hadisədir. O, gənclərin dövlət idarəçiliyindəki önəmli rolundan, müstəqilliyimizin qorunmasındakı xüsusi xidmətlərindən bəhs edib.
Gənclər və idman naziri Fərid Qayıbov da çıxışında Gənclər Gününün tarixindən bəhs edib və bildirib ki, həm MDB məkanında, həm də BMT-də ilk dəfə bu günün təsis edilməsi Azərbaycanda olub. O, ölkə başçısı, Prezident İlham Əliyevin gənclərə olan qayğısından bəhs edərək vurğulayıb ki, ilk dəfə gənclər günü paytaxtdan kənarda, Mingəçevirdə keçirilib. Nazir qeyd edib ki, Mingəçevirin Gənclər Paytaxtı seçilməsi münasibəti ilə il ərzində həm bu şəhərdə, həm də digər regionlarda gənclərlə bağlı silsilə tədbirlər həyata keçiriləcək.
Gənclər Fondunun prezidenti Fərid Cəfərov da çıxışında Gənclər Paytaxtı seçilən Mingəçevirin ölkənin ictimai-siyasi həyatındakı önəmindən bəhs edib. O, vurğulayıb ki, Mingəçevir gəncləri hər zaman olduğu kimi, bu il ərzində də aktivlik göstərəcəklər.
2022-ci ildəki uğurlu fəaliyyətə görə Binəqədi, Xəzər və Gəncə Gənclər evləri xüsusi mükafata layiq görülüblər.
Daha sonra təhsil, mədəniyyət, ədəbiyyat, İKT, tibb və digər sahələrdə fərqlənən gənclərə mükafatlar təqdim olunub. Gənclərin mükafatlarını gənclər və idman naziri Fərid Qayıbov, Gənclər Fondunun rəhbəri Fərid Cəfərov, Milli Məclisin sədr müavini Əli Hüseynli təqdim ediblər.
Gənclər Paytaxtının rəmzi açarı Tovuzdan alınaraq Mingəçevirə verilib.
Sonda Mingəçevirin 2023-cü ilin Gənclər Paytaxtı seçilməsi münasibəti ilə şəhərin loqosu təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət