Naxçıvandan ŞOK XƏBƏR:Generalın qızı qumarda “Mersedes” uduzub?
Yusif Nəzərli
09:56 03.02.2023
Cəmiyyət
9415
"Naxçıvan barədə hər gün daha dəhşətli xəbərlər gəlir".
"Sherg.az " xəbər verir ki, bu barədə "TNS" İnformasiya Agentliyinin rəhbəri, naxçıvanlı jurnalist Tural Səfərov feysbuk səhifəsində yazıb.
Jurnalist bildirib ki, muxtar respublikada fəaliyyət göstərən generallardan birinin qızı rəfiqəsi ilə nərd oynayırmış:
"Əlbəttə, burada təəccüblü nəsə yoxdur. Nərd stolüstü oyundur, onu kişi də oynaya bilər, qadın da. Amma bəzi insanların hobbisi olan bu oyun qumara çevrilirsə və qumarı bir generalın qızı oynayırsa, bu, artıq qəbuledilməzdir. Xarici ölkə vətəndaşı olan (Baxın ha, ərazi bütövlüyümüzü, sərhədlərimizi qoruyan generalın qızı xarici ölkə vətəndaşıdır) bu papasının və mamasının gül balası Naxçıvandakı dağ evlərində rəfiqəsi ilə son model “Mersedes” markalı avtomobildən nərd oynayır və uduzur. Dərhal göstəriş verir, papasının avtomobil salonundan götürülən avtomobil rəfiqəsinin dediyi ünvana çatdırılır".
T.Səfərov qeyd edib ki, bu, harınlığın, qudurğanlığın pik həddidir:
"General papası korrupsiya, dövlət əmlakını mənimsəmə yolu ilə pul “qazanır” ki, qızı nərd oyununda “Mersedes” uduzsun. General dədəsi qızını ən ağır şəkildə cəzalandırılmalıdır ki, digərlərinə görk olsun. Hələlik ad çəkmirəm. Amma faktı tam dəqiqləşdirdikdən sonra ad çəkəcəm. Hər kəs bilsin ki, bu generalın övladları nə hoqqalardan çıxır, onun Azərbaycan dövlətindən oğurladıqları pulları necə xərcləyirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət