“Əli və Nino” Kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərliyə qarşı “Liv Bona Dea” hospitalının qaldırdığı iddiaya bu gün Nəsimi rayon məhkəməsində baxılıb. Qeyd edək ki, N.Köçərli hospitalda qeyri-humanist münasibətlə qarşılaşması barədə sosial şəbəkədə paylaşım etdikdən sonra adıçəkilən tibb müəssisəsi nüfüzlarına xələl gətirilməsi iddiası ilə məhkəməyə müraciət edərək N.Köçəliyə qarşı 222 395 manat təzminat tələbi irəli sürüb.
N.Köçərlinin həyat yoldaşı, “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu “Sherg.az”a açıqlamasında bildirdi ki, bu gün ilkin hazırlıq iclası keçirilib:
- Nigar xanım məhkəmədə vəkilsiz təmsil olunurdu. Vəkil Azərbaycanda olmadığına görə prosesə qatıla bimədi. Məhkəmə aprelin 7-dək təxirə salındı. Növbəti məhkəmə iclasınadək tərəflər qarşısında sübutların toplanması vəzifəsi qoyuldu.