Ölən qadın...
Fidan Həmişəyeva
15:19 03.09.2021
Cəmiyyət
640
“Kimlərsə cəmiyyətimizdəki stereotiplərə boyun əyəcəksə, qadın zorakılıqları davam edəcək”
“Milli Məclis qadın zorakılğına çox passiv reaksiya verir, biganə münasibət göstərir”
“Ümumiyyətlə, belə məsələlərlə bağlı müzakirə aparmırlar”
“Qadın ölümləri ilə bağlı məlumatlandırma ciddi olmalıdır. Bütün televiziyalar ancaq bu işə səfərbər edilməlidir”
“Zorakılığa məruz qalan qadınlar hara müraciət etməli, təcili olaraq hara getməlidir? Bununla bağlı dolğun informasiyalar verilməlidir”
Gəncədə hamilə həyat yoldaşın döyən şəxs saxlanılıb. 1999-cu il təvəllüdlü T.Məmişova həyat yoldaşı, 1992-ci il təvəllüdlü İsgəndərov Muraz tərəfindən döyülməsi zamanı aldığı çoxsaylı bədən xəsarətləri nəticəsində hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu barədə Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub. Ötən günlərdə isə Bakının Səbail rayonunda dəhşətli ailə faciəsi baş verib. 1997-ci il təvəllüdlü Aytən Niftəliyeva və onun 1 yaşlı qızı Tahirə Niftəliyeva 4-cü mərtəbədən düşərək ölüb. Ana və azyaşlı qızı həyat yoldaşı tərəfindən öldürüldüyü bildirilir.
Baş verənlərlə bağlı “Sherg.az”a açıqlama verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalov qeyd edib ki, zorakılığa məruz qalan qadınlar və yaxud bunu görən şəxslər hadisə barədə mütləq məlumat verməlidir:
“Bu günlərdə ana və və azyaşlı qızının ölüm xəbəri ilə rastlaşdıq. Görünür, həmin qadın zorakılığa məruz qalması barədə heç kimə bildirməyib. Baş verənlərə kənardan şahid olan şəxslər isə susur. Bu zaman zorakılığa dəstək meydana çıxır. Çoxları düşünür ki, kiminsə ailə işinə müdxilə etmək olmaz. Kimlərsə cəmiyyətimizdəki stereotiplərə boyun əyəcəksə, qadın zorakılıqları davam edəcək.
Digər bir məsələ isə odur ki, qadın zorakılığı ilə bağlı kifayət qədər çeviklik lazımdır. Əlimizin altında olan bütün vasitələrdən tez zamanda istifadə edib, aidiyyəti qurumları xəbərdar etməliyik.
Bəzən hüquq-mühafizə orqanlarına gedəndə sübut olmadığını deyirlər. Halbuki bir müddət keçdikdən sonra həmin qadının ölüm xəbəri gəlir. Ona görə də zorakılığa uğrayan şəxsin vəziyyəti çevik və dəqiq araşdırılmalıdır. Ölkəmizdə çoxlu sayda sosial işçi var. Zorakılıqla bağlı siqnal olan kimi həmin işçilər ailədə qiymətləndirmə aparmalı və mövcud riski nəzərdən keçirməlidirlər.
Zorakılıq törədən şəxsləri də özbaşına buraxmaq olmaz. Yalnız həbs olmalı deyil, həmçinin onların psixoloji vəziyyəti qiymətləndirilməlidir”.
M.Zeynalovanın sözlərinə görə, Milli Məclis bu məsələyə çox passiv reaksiya verir, biganə münasibət göstərir:
“Ümumiyyətlə, belə məsələlərlə bağlı müzakirə aparmırlar. Demirəm ki, Avropadakı bütün qanunları ölkəmizdə tətbiq etməliyik. Lakin qanunvericilikdə xarakterimiz və ənənəmizə uyğun olan dəyişikliklərlə məsələnin qarşısını almağa çalışmalıyıq.
Qadın ölümləri ilə bağlı məlumatlandırma ciddi olmalıdır. Bütün televiziyalar ancaq bu işə səfərbər edilməlidir. Zorakılığa məruz qalan qadınlar hara müraciət etməli, təcili olaraq hara getməlidir? Bununla bağlı dolğun informasiyalar verilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət