Professor hiddətləndi: “Nə çipləşmənin, nə də 5G-nin koronavirusla əlaqəsi var
"
Banuçiçək Kalbalıyeva
07:52 02.07.2020
Cəmiyyət
851
Hazırda davam edən və aylardır bitmək bilməyən koronavirus pandemiyası fonunda müxtəlif fikirlər səslənir. Bunlardan ən başlıcası isə insanların çipləşdirilərək idarə olunan hala gətirilməsi və ölkələrdə 5G texnologiyasının quraşdırılmasıdır. İddialara görə, insanlara koronavirus əleyhinə vurulacaq peyvəndlə bəşəriyyət tarixində yeni bir mərhələ başlayacaq...
Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla bununla bağlı “Sherg.az”a danışıb. O bildirib ki, koronavirus pandemiyası ilə səslənən fikirlərin heç bir əlaqəsi yoxdur:
“Koronavirus xəstəliyinin əvvəllər də Sars, Mers kimi müxtəlif növləri olub. Bu da onlardan biridir. Sadəcə, COVİD-19 daha aqressivdir və daha çox yoluxuculuq qabiliyyətinə malikdir. Amma koronavirusun da bir vaxtı var. Pandemiya çox uzun çəkə bilməz. Nə çipləşmənin, nə də 5G-nin koronavirusla əlaqəsi var.
A.Qeybulla, insanları bu cür qeyri-dəqiq informasiyalarda uzaq qalmağa çağırdı:
“Niyə insanlar fakta, gözləri qarşısında olanlara yox, kimlərinsə yaydığı məlumatlara inanırlar?! ÜST-nin bülletenlərini oxumaq, maariflənmək lazımdır. Yüzlərlə insan gözümüzün önündə bu xəstəlikdən dünyasını dəyişir, həkim yoldaşlarımız ölürlər. Bunlardan dərs çıxarıb, məsuliyyətli, diqqətli olmaq lazımdır. Rusiyanın və bəzi radikal qüvvələrin müxtəlif məqsədlər üçün yaydıqları məlumatlara inanmaq düzgün deyil. Bunlar mifdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm