Rəisdən Bakı əhalisinə müraciət: Evlərdən, eyvanlardan...
16:59 06.11.2019
Cəmiyyət
498
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə ictimaiyyətə müraciət ünvanlayıb.
Baş İdarədən bildiriblər ki, qurumun rəisi Raqif Abbasov yaşından, vəzifəsindən asılı olmayaraq hər kəsi aksiyaya qoşulmağa dəvət edərək deyib: “Noyabrın 9-da ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunacaq. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi olaraq paytaxt sakinlərini, gəncləri, vətəndaşlarımızı böyük aksiyaya qoşulmağa dəvət edirik. Həmin gün əhalini inzibati binalardan, evlərdən, eyvanlardan, nəqliyyat vasitələrindən üçrəngli bayrağımızı asmağa dəvət edir, həmrəy olmağımızı, milli atributumuz olan bayrağa sevgi və hörmətimizi, aksiya vasitəsilə tezliklə üçrəngli bayrağımızı Qarabağımızda, Xankəndidə asacağımıza hamımızın həmrəy olduğunu göstərməyə çağırış edirik”.
R.Abbasov Baş İdarə tərəfindən bayramla əlaqədar bir neçə tədbirlərin də keçiriləcəyini vurğulayaraq bildirib: “Dövlət Bayrağı Günü ilə bağlı Sabunçu rayonunun Nardaran qəsəbəsində veloyürüş keçiriləcək, Gəncliyə Yardım Fondunda “Mənim bayrağım” adlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılacaq. Orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında Azərbaycan gəncliyinin dövlət bayrağına sevgisinin artırılması məqsədilə “dəyirmi masa”lar və digər tədbirlər təşkil olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya