Rəşad Məcidə dəstək: ““Yaşamaq haqqı”nın tədrisi zəruridir”
Banuçiçək Kalbalıyeva
15:39 20.08.2020
Cəmiyyət
586
“Bizdə belə kitablar azdır”
“Anar müəllimin “Yaşamaq haqqı”nı Azad Mirzəcanzadənin “İxtisasa giriş” kitabına bərabər tuturam”
“Meyxana ilə yanaşı, kitabı da təbliğ etməliyik. Ziyalılarla, söz, fikir adamları ilə müntəzəm görüşlər keçirməliyik”
Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid maraqlı təkliflə çıxşı edib. O, Xalq yazıçısı Anarın "Qanun" Nəşrlər evində kitab halında işıq üzü görən "Yaşamaq haqqı" tarixi-kulturoloji traktatının ölkənin ali məktəblərində tədris olunması və dərsliklər siyahısına salınması ilə bağlı təhsil naziri Emin Əmirullayevə müraciət edib.
Rəşad Məcid müraciətində "Yaşamaq haqqı" traktatının çoxəsrlik tariximizə fundamental, obyektiv, doğru bir yanaşma olması baxımından böyük əhəmiyyət daşıdığını bildirib:
"Əsər əvvəl rusca çap olunmuşdu. Daha sonra Türkiyənin İLESAM təşkilatının təşəbbüsü ilə türkcə işıq üzü gördü. Bir neçə ay öncə isə əsər daha təkmil variantda "Qanun" Nəşrlər evində Azərbaycan dilində çapdan çıxdı. Son illər traktatın bəzi hissələri "525-ci qəzet"də də dərc olunub, qəzetin səhifələrində əsərin təbliği ilə bağlı materiallar işıq üzü görüb. Ölkəmiz üçün ziddiyyətli, qanlı-qadalı dövrlərə şahidlik etmiş yazıçının zəngin həyat təcrübəsi, nəsildən, gendən gələn xarakterik xüsusiyyətləri, möhkəm yaddaşı, tariximizə, mədəniyyətimizə, incəsənətimizə, ədəbiyyatımıza dair dərin, hərtərəfli bilgisi, uzun illər ərzində Azərbaycanda baş vermiş ictimai-siyasi proseslərlə bağlı tanıdığı şəxsiyyətlərin xatirələri və özünün müşahidələri sayəsində ərsəyə gəlmiş bu traktat olduqca qiymətli bir əsərdir”.
Baş redaktorun bu təklifi sosial şəbəkələrdə geniş müzakirə olunub. Biz də “Sherg.az” olaraq məsələyə münasibət bildirməsi üçün BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli ilə söhbətləşdik:
- Rəşad Məcidin sözügedən təkklifini necə qiymətləndirirsiniz?
- Çox yaxşı. “Yaşamaq haqqı”nı oxumuşam. Olduqca maraqlı və əhəmiyyətli əsərdir. Odur ki, Rəşad məüllimin təklifini dəstəkləyir və “Yaşamaq haqqı”nın xüsusilə humanitar fakültələrdə tədrisini zəruri hesab edirəm. Bizdə belə kitablar azdır. Mən Anar müəllimin “Yaşamaq haqqı”nı Azad Mirzəcanzadənin “İxtisasa giriş” kitabına bərabər tuturam.
- Bu kitabı özəl edən nədir?
- İçindəki məlumatlar. Məsələn müəllif Əhməd bəy Ağayevin müəllimi olmuş Cəlaləddin Əfqani haqqında da məlumat verir. Əlbəttə, belə faktları bilmək Azərbaycan gəncliyi üçün zəruridir.
- Sizcə, ali məktəblərdə başqa hansı ədəbi-bədii kitablar tədris oluna bilər?
- Məsələn Həsən Quliyevin “Azəri arxitepi” əsərini, Rəhman Bədəlovun, Əli Abbasovun, Niyazi Mehdinin, Əbdülhəsən Abbasovun və başqalarının kitablarını məsləhət görürəm. Bunlardan daha vacib isə Məhəmməd Əmin Rəsulzadənin beş cildlik “Seçilmiş əsərləri”dir. Onları mərhum Şirməmməd Hüseynov tərcümə edib. Özünüdərk üçün, getdiyin yolu müəyyənləşdirməkdən ötrü bu əsərlər çox vacibdir. Ümumiyyətlə, bu cür vəsaitlər beyni qidalandırır. Amma təəssüf ki, cəmiyyətin kitaba münasibəti arzuolunan səviyyədə deyil.
- Niyə?
- Çünki təbliğat azdır. “Qanun” nəşriyyatının direktoru kitabı təbliğ etmək naminə əlindən gələni edir, lakin yaxın duran yoxdur. Azərbaycan Dövlət Tərcümə Mərkəzində ən orijinal, maraqlı əsərlər dilimizə çevrilir, fəqət alıb, oxuyan tapılmır. Texnika, internetin imkanları nə qədər inkişaf etsə, biz kitabla birgə addımlamalıyıq. Çünki kitab cəmiyyətin mayakıdır.
- Bəs bu biganə münasibəti dəyişmək məqsədilə nə etməliyik?
- Meyxana ilə yanaşı, kitabı da təbliğ etməliyik. Ziyalılarla, söz, fikir adamları ilə müntəzəm görüşlər keçirməliyik. Əgər on dəfə şou-biznesdən danışanda, beş dəfə də ədəbiyyatdan danışsaq, vəziyyət düzələr
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm