Şairdən qızıl sözlər: “...Xaosdan sonra harmoniya, sakitlik gəlir”
Banuçiçək Kalbalıyeva
11:02 25.06.2020
Cəmiyyət
1039
“Xaos və harmoniya bir-birini əvəz edir. Bir az obrazlı formada desək, xaos harmoniyanın anasıdır”
“Bunu tarix də sübut edir. Bəşəriyyətin əsası da məhz qarışıqlıq üzərində qurulub. Yəni dünya dağılmayacaq”
"Sadəcə elmi-texniki tərəqqinin inkişafı nəticəsində müəyyən dəyişikliklər ola bilər”
Koronavirusa “taclı virus” deyə-deyə o qədər lağ etdik ki, özünü şah, padşah kimi aparmağa başladı. Canlar aldı. Özü də ayrı-seçkilik etmədən. Dinə, yaşa, cinsə baxmadan. İndi Səudiyyə Ərəbistanda da, İtaliyada da, Almaniyada da, Rusiyada da, Azərbaycanda da çoxları koronavirusa lənət oxuyur. Di gəl, inanmayanlar, baş verənlərin hansısa bir əfsanədən götürüldüyünü iddia edənlər də az deyil. Məhz onların məsuliyyətsizliyi ucbatından da heç tanımadıqları, amma kimin üçünsə əziz, doğma olan insanlar dünyadan köçürlər. Bu da “taclı virus”un iti “qılıncı”...
Tanınmış şair Rüstəm Behrudi “Sherg.az”a açıqlamasında bildirdi ki, “qılınc” artıq işə düşüb. Bundan qorunmağın yeganə yolu var:
“Bütün dünya koronavirusu qəbul edirsə, biz niyə ciddiyə almayaq?! Sağlam, gələcək arzularla yaşayan insanlar bir anın içində dünyadan köçür, gözlərini əbədi yumurlar. Bu, zarafat ola bilərmi?! Hətta mənim tanışlarım arasında da yoluxanlar, ölənlər var. Halbuki sapsağlam insanlar idi...Deməli, diqqətli olmalı, karantin qaydalalarına əməl etməli və özümüzü qorumalıyıq.”
Şair, həmçinin vurğulayıb ki,bəzi insanların məsələyə etinasız yanaşması müəyyən səbəblərlə bağlıdır:
“Çünki ziddiyyətli məlumat verirlər. Birinin dediyi ilə digərinin dediyi üst-üstə düşmür. Əgər ÜST-nin Azərbaycandakı nümayəndəsi insanlara evdən çıxmamağı tapşırıb, özü Qusarda istirahət edirsə, vətəndaşlar onun dediklərinə necə etibar edə bilərlər? Belə faktlar çoxdur. Təzyiqdən daha çox, maarifləndirmə aparılmalıdır. İnsanlar özləri şüurlu şəkildə başa düşməlidirlər ki, zərurət olmadığı təqdirdə evdən çıxmamaq şərtdir. Həm də əhalinin narazılığına səbəb ola bilməyəcək addımlar atılmalıdır. Vətəndaşların sosial rifahı da nəzərə alınmalıdır. Evdən işə gedə bilməyən ailəsini necə dolandırmalıdır? Əgər belə davam etsə, adamlar ölümü gözə alıb çölə çıxacaqlar. Mənə elə gəlir ki, bizim dövlətimizin həm insanların sağlamlığını, həm də sosial rifahı qorumaqdan ötrü kifayət qədər gücü, qüdrəti var. Soydaşlarımız da narahat olmasınlar. Bir az səbr göstərsək və özümüzü qorusaq, hər şey düzələcək”.
R. Behrudinin fikrincə, bu, bir keçid dövrüdür, birazdan sonra vəziyyət əvvəlki qaydasına düşəcək:
“Biz bəşəriyyətin mövcudluğu ərzində ən çətin dövrdə yaşayırıq. Bir yüz illiyi, bir min illiyi geridə qoymuşuq. Neçə- neçə hadisənin şahidi olmuşuq. Amma dünya olduğu kimi davam edir, mövcudluğunu qoruyur. Bundan sonra da belə olacaq. Mən həmişə inanmışam ki, xaosdan sonra harmoniya, sakitlik gəlir. Xaos və harmoniya bir-birini əvəz edir. Bir az obrazlı formada desək, xaos harmoniyanın anasıdır. Bunu tarix də sübut edir. Bəşəriyyətin əsası da məhz qarışıqlıq üzərində qurulub. Yəni dünya dağılmayacaq. Sadəcə elmi-texniki tərəqqinin inkişafı nəticəsində müəyyən dəyişikliklər ola bilər. Bəşəriyyət isə öz varlığını qoruyacaq, hələ neçə- neçə hadisənin şahidi olacaq”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm