"Salamat qal, gözəl dünyam"
08:19 02.07.2023
Cəmiyyət
536
Görkəmli ziyalı, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Nəsir Əhmədliyə həsr olunan kitab işıq üzü görüb.
Ötən ilin iyununda dünyasını dəyişmiş Azərbaycan jurnalistikasının ustadı, parlaq ziyalı, alim, şair, tərcüməçi, araşdırmaçı Nəsir Əhmədlinin doğum günündə çapdan çıxmış kitab "Salamat qal, gözəl dünyam" adlanır. Nəşrdə tanınmış ziyalıların, qələm adamlarının, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində Nəsir Əhmədlidən dərs almış tələbələrin öz sevimli müəllimləri haqda onun həm sağlığında, həm də dünyasını dəyişəndən sonra yazdıqları məqalələrin, xatirə yazılarının və şeirlərin bir hissəsi toplanıb.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə xanım Paşayevanın ön sözü ilə açılan kitabda böyük şair, professor Məmməd Ismayıl, professorlar Rüfət Rüstəmov, Nasiman Yaqublu, Allahverd Məmmədli, Cahangir Məmmədli, Həmid Vəliyevin yazıları ilə yanaşı, Zeynal Məmmədli, Vüqar Zifəroğlu, Aydın Can, Əkbər Qoşalı, Bəsti Əlibəyli, Rövşən Kəbirli, Namiq Əhmədov, Yusif Rzayev, Mikayıl Bozalqanlı və başqa bu kimi tanınan imzaların kövrək və səmimiyyətdən yoğrulan ürək sözləri də yer alıb. Uzun illər poetik yaradıcılıqla məşğul olan və kövrək, ruhoxşayan şeirlərin müəllifi olan Nəsir Əhmədli haqda bir çox qələm dostlarının - Rafail İncəyurd, Amil Avey, Akif Əhmədgil, Elman Tovuz, Çingiz Qəribli, Rəfail Bəşiroğlu və başqa müəlliflərin şeirləri toplanıb.
Kitabın redakroru Elman Tovuz, məsləhətçiləri Ekber Qoşalı və Arzu Bagirova, tərtibçiləri Azər Əhmədli və Ehtiram İlham, rəssamı Nəvai Metindir.
Kitab "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" və "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliklərinin dəstəyi ilə çapdan çıxıb.
Yaxın zamanlarda professor Nəsir Əhmədlinin xatirə gecəsi və "Salamat qal, gözəl dünyam" kitabının təqdimat mərasimi keçiriləcək.
Ehtiram İlham
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"ın Çempionlar Liqasından qazancı 20 milyon avronu keçdi
10:57 27.08.2026
Futbol
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
10:21 27.08.2026
Ekologiya
FHN-dən güclü külək və yağışla bağlı XƏBƏRDARLIQ
09:51 27.08.2026
Ekologiya
Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
09:48 27.08.2026
Hadisə
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
09:39 27.08.2026
Cəmiyyət
Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
09:37 27.08.2026
Elm və Təhsil
Nigar Fərhad saxlanılıb
09:26 27.08.2026
Hadisə
Köçəryan iki ay müddətinə həbs edilib
08:57 27.08.2026
Region
Britninin oğlu reklam siması oldu -FOTO
08:40 27.08.2026
Şou
Livan prezidenti strateji yüksəkliklərin orduya verilməsinə çalışır
08:08 27.08.2026
Dünya
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
07:37 27.08.2026
Sağlamlıq
Azərbaycanda bu ad cəmi 3 uşağa verildi
06:26 27.08.2026
Sosial
Soyuducunu təmizləyərkən bu səhvə yol verməyin
04:24 27.08.2026
Maraqlı
Bakıda böyüyən türk aktrisanın toyu oldu
03:51 27.08.2026
Şou
Bloomberg: Putin Ukraynaya zərbələri gücləndirməyə hazırlaşır
02:32 27.08.2026
Gündəm