Şəxsi obyektlərin tikintisi üçün... - İctimai yerlər, həyətlər, hətta məktəblərin ərazisi tutulur
Turan
09:06 07.11.2019
Cəmiyyət
935
Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən ictimaiyyəti narahat edən mühüm məqamlara toxunub. Dövlət başçısının toxunduğu problemlərdən biri də binalararası həyətlərin və ictimai yerlərin olmaması olub. Ölkə rəhbəri vurğulayıb ki, evlərarası həyətlər bəzi hallarda zəbt olunur və ictimai istifadə üçün yerlər yoxa çıxır: “Biz bilirik ki, bir çox binalarda, bloklarda vəziyyət ürəkaçan deyil, lift təsərrüfatı köhnəlib. Ona görə nümunəvi həyətlərin qurulması çox böyük məna daşıyır. Biz bu sahəyə kompleks şəkildə yanaşmalıyıq. Əlbəttə ki, həyətlər, ilk növbədə, vətəndaşlar üçün rahat, işıqlı olmalıdır, təhlükəsizlik baxımından tədbirlər görülməlidir. Bir çox inkişaf etmiş ölkələrin şəhərlərində həyətlərdə təhlükəsizlik kameraları qoyulur.
İndi Bakı şəhərində bir çox yerlərdə təhlükəsizlik kameraları qoyulub və bu kameralar cinayətlərin aşkar edilməsi və cinayətkarları məsuliyyətə cəlb etmək üçün böyük rol oynayır. Hesab edirəm, həyətlərdə də təhlükəsizlik kameraları qoyulmalıdır ki, təhlükəsizlik tədbirləri daha yüksək səviyyədə təmin olunsun”.
Dövlət başçısının diqqət çəkdiyi məsələyə münasibət bildirən iqtisadçı-ekspert, sosioloq Elçin Bayramlı Prezidentin çox vacib bir problemə toxunduğunu və onun həlli üçün tapşırıqlar verdiyini deyib. Ekspert vurğulayıb ki, həqiqətən də “evlərarası həyətlərlə” bağlı vəziyyət yaxşı deyil:
“Şəxsi obyektlərin tikintisi üçün ictimai yerlər, həyətlər, hətta məktəblərin ərazisi tutulur. Bu hal sakinlər üçün problem yaratmaqdan əlavə həm də şəhər infrasturkturunu qəlizləşdirir və yükləyir. Bunun qarşısı alınmalıdır. Bakının infrastrukturu baş plana, tikinti normalarına uyğun qurulmalıdır. Binaların həyətlərinin kifayət qədər ərazisi, yaşıllıq sahəsi, uşaq meydançaları, idman qurğuları, avtomobil dayanacaqları olmalıdır. Səkilər obyektlərdən və onların irəli çıxarılmış pilləkənlərindən azad edilməlidir. Belə ictimai əraziləri zəbt edənlər və buna icazə verən məmurlar cəzalandırılmalı, həmin ərazilər sakinlərin istifadəsinə qaytarılmalıdır. Bu cəhətdən Bakıda vəziyyət xeyli pisdir. Paytaxtımız ərazi nisbətinə və əhali sayına görə ən az yaşıllıq olan şəhərlərdən biridir. Ona görə də, Bakıda yaşıllıq sahələrinin artırılması işi davamlı və genişmiqyaslı həyata keçirilməlidir”.
E.Bayramlının sözlərinə görə, təhlükəsizlik istiqamətində də müvafiq tədbirlər görülməlidir:
“Kameralar quraşdırılmalı, müəyyən məsafədən bir polis postu olmalıdır. Təhlükəsizlik kameraları oğurluğun və sair cinayətlərin qarşısını alır. Belə hallar baş verdikdə isə günahkarın tapılmasını asanlaşdırır. Bu yaxınlarda bizim binada bir uşağı oğurlamağa cəhd etmişdilər. Yaxınlıqda kamera olmadığından bu cəhdin kimlər tərəfindən törədildiyi barədə məlumat əldə etmək mümkün olmadı. Ümumiyyətlə, cənab Prezidentin məlum görüşdə bildirdiyi iradlar və verdiyi tapşırıqlar çox yerində və aktualdır. Əminəm ki, qeyd olunan sahələrdə vəziyyət tezliklə müsbətə doğru dəyişəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat