Şimali Karolinanın Darem şəhərində 8 noyabr tarixi Azərbaycanın Zəfər Günü elan edilib - FOTO
Yusif Nəzərli
09:17 12.11.2022
Cəmiyyət
314
ABŞ-ın Şimali Karolina ştatının Darem (Durham) şəhər meriyası 8 noyabr tarixini Azərbaycanın Zəfər Günü elan edib.
Oxu.Az xəbər verir ki, şəhər meri Eleyn O’Nilin imzaladığı bəyannamədə bildirilib ki, Darem şəhəri incəsənət və musiqi, biznes və maliyyə, hüquq və hökumət, təhsil və sosial xidmət, elm və tibb sahələrinin gücləndirilməsinə töhfələr verən qürurlu və parlaq Azərbaycan əsilli amerikalılar üçün doğma evə çevrilib.
Qeyd edilib ki, Azərbaycan Dostluq Təşkilatı da Darem və Azərbaycan arasında mədəniyyətlərarası qarşılıqlı anlaşmanı təşviq etmək üçün çalışır:
“Amerika azərbaycanlıları şəhər sakinləri arasında Daremin müdafiəçilərinə və fəallarına çevriliblər. Onlar hamı üçün şəhərin və cəmiyyətin daha da yaxşı olmasına əmək sərf edirlər və bizim tarixi qonşularımızla münasibətlərimizin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərirlər”.
Nəzərə çatdırılıb ki, 8 noyabr tarixində Amerika azərbaycanlıları 2020-ci ildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının işğaldan azad olunması münasibətilə Azərbaycanın Zəfər Gününü qeyd edirlər. Bu səbəbdən 2022-ci il 8 noyabr tarixini Azərbaycanın Zəfər Günü elan etdiyini vurğulayan şəhər meri bütün sakinləri Darem şəhərinin həyatına böyük töhfələr verən Amerika azərbaycanlılarının bayramına qoşulmağa dəvət edib.
Qeyd edək ki, bəyannamə Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul edilib. Bəyannamə 12 noyabr tarixində Azərbaycan Dostluq Təşkilatının Zəfər Günü münasibətilə təşkil edəcəyi tədbirdə Adika İqbala təqdim olunacaq.
Bundan əvvəl isə Nyu-York şəhərinin Bruklin inzibati rayonunun meriyası 8 noyabr tarixini ABŞ-da ilk dəfə olaraq Azərbaycanın Zəfər Günü elan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm