SOS: Xərçəng qrip kimi yayılmaqdadır - SƏBƏBLƏR
Fidan Həmişəyeva
12:23 05.12.2019
Cəmiyyət
1266
Son illər xərçəng xəstəliyindən əziyyət çəkən insanların sayı durmadan artıq. Təəssüf ki, bunu statistik göstəricilərə baxanda da görmək mümkündür. Nəinki ölkəmizdə, eyni zamanda bütün dünyada xərçəng xəstəliyi, sanki, qrip virusu kimi yayılmaqdadır. Xəstəliyin yaranma səbəbləri, müalicəsi haqqında müxtəlif fikirlər səslənsə də, konkret bir səbəb demək bir az çətindir.
Çünki bir qisim mütəxəssis xəstəliyin yaranma səbəbini düzgün qidalanmamaqda, zərərli vərdişlərdə gördüyü halda, digər qisim xərçəngin genetik olduğunu bildirir.
Xərçəngin yaranma səbəbləri haqqında “Şərq”ə danışan tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı bildirib ki, bədxassəli şişin əmələ gəlməsində bir çox faktorlar rol oynayır. Həkimin sözlərinə görə, insanların ildə bir dəfə tibbi müayinədən keçməsi əsas şərtlərdən biridir. Çünki hansısa xəstəliklər, xüsusilə xərçəng xəstəliyi vaxtında aşkarlanarsa, xəstənin tez bir zamanda sağlamlığına qovuşması mümkündür:
“Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə baxsaq, yalnız Azərbaycanda deyil, bütün dünya ölkələrində xərçəngdən əziyyət çəkənlərin sayında artım olduğunu görürük. Bu gün əhalinin böyük qismi tibbi müayinələrdən keçmirlər, səhlənkarlığa yol verirlər.
İnsanların müayinədən keçməməsinin səbəblərindən biri maddi durumlarının aşağı olması və tibbi savadlarının yetərsizliyidir.
Xərçəng xəstələrinin artmasının bir səbəbi isə insanların çoxlu şüa qəbul etməsidir. Mobil telefonların, planşetlərin çox yaxın məsafədə istifadə edilməsi olduqca təhlükəlidir. Ümumiyyətlə, telefonların ən azı 1.5 metr məsafədə saxlanılması məsləhətdir. Amma gecə yatarkən belə telefonu yanında saxlayan insanlar var”.
Ş.Namazlı bədxassəli şişlərin əmələ gəlməsində insanların düzgün qidalanmamasının da rolu olduğunu bildirdi:
"Siqaretdən istifadə edilməsi, spirtli içkilərin qəbulu, əlbəttə ki, yuxarı tənəffüs yollarında şişlərin yaranmasına səbəb olur. Bu gün ekoloji tarazlığın pozulduğu da danılmazdır.
Ekoloji mühitin radioaktiv şüalarla zəhərlənməsi, bizdən asılı olmayan səbəblərdən, məsələn, maşınlardan və zavodlardan zəhərli maddələrin havaya buraxılması təhlükəlidir.
Şəkərdən çox istifadə olunması da böyük risk faktorundan biridi. Karbohidratların, şirniyyatların, həmçinin un məmulatlarının normadan artıq qəbulu xəstəliyin yaranma riskini artırır.
Xəstəliyin yaranmasında genetika da rol oynayır. Məsələn, elə ailələr var ki, kimdəsə bağırsaq şişi olur. Həkimlər tövsiyə edir ki, belə olduğu halda bütün ailə üzvləri hər 3 ildən bir müayinə olunsun. Məsələn, ananın yumurtalığında və ya süd vəzində şiş olubsa, tövsiyə olunur ki, onun qız övladı da tibbi yoxlamalardan keçsin.
Xərçəng xəstəliyi gecə oğruları kimi sakit formada insan həyatına daxil olur. Məsələn, səhər oyananda görürsən ki, qar yağıb və hər yan ağ rəngə bürünüb. Həmçinin bu xəstəlik də sakit tərzdə orqanizmə yayılır. Bu baxımdan mütəmadi müayinələrin olması çox vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya