Tahir Kərimli bu məsələni parlamentdə qaldıracaq: “Onların pul qazanmaq istəyi tükənmir”
Fidan Həmişəyeva
13:44 13.09.2019
Cəmiyyət
853
Ölü heyvan ətinin satışı ilə məşğul olan mütəşəkkil dəstə saxlanılıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri birgə tədbir həyata keçiriblər.
Nəticədə satış üçün nəzərdə tutulan 40 ton mənşəyi məlum olmayan, yararsız, ölü heyvan əti aşkar edilib. Müəyyən edilib ki, mütəşəkkil dəstənin üzvləri bir müddətdir ki, qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin tədarükü və emalı ilə məşğul olublar.
İstifadəyə yararsız və xəstə ətlərin satışını həyata keçirən şəxslər əməllərindən əl çəkmirlər. Belə insanlar dəfələrlə məsuliyyətə cəlb olunsa da, neqativ halların ardı-arası kəsilmir. Təəssüf ki, bu işlə məşğul olan dəstə insan sağlamlığının təhlükə altında olmasının fərqinə varmırlar. Belə şəxslər zaman-zaman ifşa olunub cəzalandırılana qədər isə xeyli sayda insan həyatı təhlükə altında qalır. Məhz bu səbəblərdən məsələnin qanunvericilik səviyyəsində həllini tapması üçün böyük zəmin yaranır. Xəstə və yarasız ətlərin satışını edənlər elə sərt bir formada cəzalanmalıdırlar ki, bu hadisə digərləri üçün də bir dərs olsun.
Məsələyə aydınlıq gətirən millət vəkili Tahir Kərimli “Sherg.az”a deyib ki, bütün dünyada, o cümlədən Azərbaycanda hüququn bir mənbəyi adətlərdir.
Deputatın sözlərinə görə, bu adət qida məhsullarına da aiddir:
“Xalqımızın da öz adəti var. Məsələn, it və digər yarasız heyvan əti yemək olmaz. Mənəvi cəhətdən məsələ aydındır. Düşünürəm ki, bu sahədə ümumiləşmiş şəkildə işlər aparmaq mümkündür.
Yararsız heyvan əti satışının qarşısını almaq üçün qanunvericilikdə işlər görmək lazımdır. Düzdür, bu işlə məşğul olanlar məsuliyyətə cəlb edilirlər, onlar inzibati qaydada cərimə olunurlar. Bəzən subyektiv mülahizələr əsasında azadlığa çıxırlar.
Lakin həmin adamların pul qazanmaq istəyi tükənmir. Onlar nəyin bahasına olursa olsun, pul qazanmaq istəyirlər. İstər ölü və xəstə heyvan əti, istərsə də digər təhlükəli ətlərin satışını yenə həyata keçirəcəklər. Bu insanları islah etmək mümkün deyil.
Düşünürəm ki ümumi kriteriyalar müəyyən edilib, əməlin ictimai təhlükə olması barədə hüquqi norma yaratmaq lazımdır. Hüquqi normaya uyğun olaraq da cəzalar müəyyən etmək mümkündür.
Gərək məsələ qanunvericilik səviyyəsində işıqlanıdırılsın. Şəxsən mən parlamentdə bu məsələni qaldırmağı düşünürəm. Problem qanunvericilik çərçivəsində həll olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya