
Təbiətin "şıltaqlığı"na çarə tapılmır...
Yusif Nəzərli
15:08 21.06.2023
Cəmiyyət
487
"Hazırda ölkədə taxıl biçini dövrüdür. Təbiətin "şıltaqlığı" ilk növbədə, Azərbaycanın kənd təsərrüfatında çox ehtiyac duyduğumuz və ümumiyyətlə, ölkə üçün mühüm əhəmiyyət kəsb edən taxılçılıq, ərzaq buğdası tədarükü sahəsində müəyyən çətinliklər, problemlər ortaya çıxarır".
Bunu "Sherg.az"a iqtisadçı Pərviz Heydərov sel fəlakətinin törətdiyi fəsadlardan danışarkən deyib. Onun sözlərinə görə, belə hallarda hansısa müvafiq qabaqlayıcı tədbirlər görmək çətindir, hətta bir çox vaxt mümkün deyil:

"Ümumiyyətlə, kənd təsərrüfatı, aqrar sahə bilavasitə təbiət, mühit, təbii şəraitlə bağlıdır. Təbii hadisələr, iqlim dəyişikliyi, hava şəraitindən sığortalanmaq qeyri-mümkündür. Təbiətin "şıltaqlıqları"nın qarşısını almaq üçün dövlət sözsüz ki, heç bir addım ata bilməz. Bütün bunlar tədarükə ciddi zərbənin vurulması ilə nəticələnir. Hazırda sel gələn rayonlarda taxıl biçininə nə qədər zərər dəydiyini, nə kimi fəsadlar baş qaldırdığını qeyd etmək çətindir. Biçin dövrü davam edir. Təxminən iyunun sonu, gələn ayın ilk 15 günlüyünə qədər olan müddəti çəkəcək. Cari il ərzində nə qədər taxıl, ərzaq buğdası tədarük ediləcəyi məlum olduqdan sonra yağıntıların, selin aqrar sektora, xüsusən taxılçılığa vurduğu zərbə barədə söhbət aça bilərik. Əlbəttə, müəyyən itkilər olacaq, qaçılmazdır. Onsuz da taxılçılıq, ərzaq buğdası sahəsində daxili tələbatımızı ödəyə bilmirik. İdxaldan asılıyıq. Yəqin ki, yaranacaq itkiləri də müvafiq şəkildə idxal hesabına ödəyəcəyik. Digər aqrar, kənd təsərrüfatı məhsullarının istehsalı və tədarükündə isə vəziyyət qənaətbəxşdir. Hətta izafi məhsul həcmi olduğu barəsində də məlumatlar mövcuddur. Hansı ki həmin məhsullar daxili bazara bu və ya digər subyektiv səbəblərə görə, yol tapa bilmir. Ona görə də təbii fəlakətlər səbəbindən taxılçılıq, ərzaq buğdası tədarükü və yığımı sahəsində yalnız narahat olmağa dəyər. Bunun da nəticələrini ancaq tədarük dövrü başa çatdıqdan sonra müəyyən etmək mümkündür".
Qeyd edək ki, ölkədə bir neçə gündür, qeyri-sabit hava şəraiti davam edir. Bəzi rayonlarda güclü külək əsib, bir sıra fəsadlara səbəb olub. Yağış, leysan və dolu yağıb. Nəticədə çaylardan sel keçib. Selin vurduğu ziyan kənd təsərrüfatı sahəsinə də təsirsiz ötüşməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm