Tikintiyə icazə icraatı çərçivəsində verilən rəylərin əhatə dairəsi müəyyən edildi - FƏRMAN
09:57 24.07.2025
Cəmiyyət
321
Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə tikinti obyektlərinin inşasına və quraşdırılmasına tikintiyə icazə icraatı çərçivəsində verilən rəylərin əhatə dairəsinin müəyyən edilməsi haqqında fərman imzalayıb.
Sherg.az xəbər verir ki, fərmana əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə tikinti obyektlərinin inşasına və quraşdırılmasına tikintiyə icazə icraatı çərçivəsində verilən rəylərin əhatə dairəsi Prezidentin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nın 3.5.1-ci yarımbəndi nəzərə alınmaqla aşağıdakı kimi müəyyən edilib:
- tikinti obyektinin torpaq sahəsində torpaqların keyfiyyət göstəricilərinə uyğun yerləşdirilməsi və həmin torpaq sahəsində digər tikililər mövcud olduğu halda təmərküzləşmə prinsipinin nəzərə alınması;
- tikinti obyektinin bəyan edilən kənd təsərrüfatı fəaliyyəti üçün istifadəyə yararlılığının qiymətləndirilməsi.
Tikintiyə icazə verən orqan tikintiyə icazə icraatı zamanı hər bir tikinti obyektinin funksional təyinatı və xüsusiyyətləri nəzərə alınmaqla, bu Fərmanın 1-ci hissəsinə və Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5.2-ci maddəsinə uyğun olaraq, rəy verməsi zəruri hesab edilən aidiyyəti qurumlara sorğu göndərilməsini təmin edəcək.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol