
Valideynlərin həkimlərə inamı ölüb-Sosioloq
Yusif Sultanoğlu
12:47 19.11.2023
Cəmiyyət
578
Uşaqların məcburi peyvənd olunması mübahisəli məsələdir
“Bizim ölkədə həkimlər insanlara şəfa verən yox, firmalara işləyib pul qazanan biznesmen kimi tanınır”
Hələ də övladını müayinəyə aparmayan, peyvənddən yayındıran valideynlər var.
Bunu "Uşaq hüquqlarının tribunası" mövzusunda keçirilən tədbirdə Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova deyib:
"Nəzərdə tutulub ki, uşaqlarını vaxtında müayinəyə, peyvəndə gətirməyən valideynlər məsuliyyətə cəlb olunsunlar, onlarla danışıqlar aparılsın. Bu istiqamətdə maarifləndirmə tədbirlərinə ehtiyac var", - o qeyd edib.
Sosioloq Lalə Mehralı isə “Sherg.az”a açıqlamasında deyib ki, peyvənd məsələsi bir az mübahisəlidir. Uşağa hər dəfə peyvənd vurulanda, o, yoxlanılmalıdır:
“Bizim poliklinikalarda peyvənd olunan uşaqlar iynədən əvvəl yoxlanılırmı? Elə uşaq var ki, peyvəndin tərkibindəki hər hansı bir maddəyə qarşı allergik reaksiyası var. Peyvəndləmədən sonra uşağın başına bir iş gəlsə həkimlər, dövlət, nazirlik cavab verə biləcək? Biz dəfələrlə bu cür hadisələrə şahid olmuşuq ki, valideynlər peyvənddən sonra uşaqlarında müxtəlif problemlərin yarandığını iddia edir. Poliklinika, nazirlik isə heç bir halda bunun məsuliyyətini üzərinə götürmür. Ona görə də mən övladını peyvənddən yayındıran valideynlərin məsuliyyətə cəlb olunmasını doğru hesab etmirəm. Bütün dünyada peyvənddən imtina edən valideynlər var və bu, onların haqqıdır. Heç bir valideynin övladını məcburi şəkildə peyvəndlənməyə cəlb etmək olmaz. İstənilən məcburiyyət artıq onların hüquq və azadlıqlarının məhdudlaşdırılmasıdır. Koronavirus pandemiyası zamanı peyvənd olunmayan şəxslərin bir çox məkanlara girişinin məhdudlaşdırılmasına rəğmən bundan könüllü imtina edən insanlar oldu. Yəni konkret olaraq bu adamlar bir neçə il əyləncə məkanlarına getməmək bahasına peyvənddən imtina etdilər. Uşaqların peyvəndlənməsi ilə bağlı da könüllülük prinsipinə əməl olunmalıdır. Ya da hər peyvəndləmədən əvvəl uşaqlardan analiz götürülməli, həmin preparata qarşı allergik reaksiyasının olub-olmadığı yoxlanılmalıdır”.

Uşaqlarını vaxtında müayinəyə aparılmamasına gəldikdə isə L.Mehralı bu məsələdə valideynlərin kifayət qədər aktiv olduğunu, uşaqlarını yoxlatmaq üçün canfəşanlıq etdiklərini deyib:
“Bu ittihamla razılaşmıram. Mində bir uşağın valideyni bu məsələdə səhlənkarlıq edə, uşağında ciddi bir sağlamlıq problemi yoxdur deyə onu aydan-aya müayinəyə aparmağı əhəmiyyətsiz hesab edə bilər. Bunu kütləvi bir hal kimi vurğulamaq düzgün deyil. Amma aparmasalar belə valideynlərdə günah görmürəm. Həmin o sektor müdiri məgər bilmir ki, adi bir virusa yoluxan uşağa bəzi həkimlər o qədər ağır dərman prepatları yazıb yükləyir. Adi bir soyuqdəyməyə görə dərhal antibiotik təyin edirlər. Valideynin tibbi savadı yoxdur deyə həkimlər uşaqlar üzərindən dərman biznesinə girişməlidir? Yersiz antibiotik qəbulu isə uşaqları iflic də edir, autizm də. Bəlkə də heç vaxt tutulmayacağı bir xəstəliyə düçar edir. Ona görə də valideynlərin həkimlərə inamı ölüb. Bizim ölkədə həkimlər insanlara şəfa verən yox, firmalara işləyib pul qazanan biznesmen kimi tanınır. Sözsüz ki, bunu bütün həkimlərə şamil etmirəm. İşinin peşəkarı, xəstəsinin sağlamlığını cibindən üstün tutan həkimlərimiz də var. Azərbaycan səhiyyəsi də məhz həmin həkimlərin sayəsində ayaqda durur. Sadəcə deməyim odur ki, uşaqlarını müayinədən, peyvənddən yayındıran valideynləri məsuliyyətə cəlb etmək əvəzinə səhiyyəmizdəki problemləri aradan qaldırmaq, xəstəxanaları firmalarla işləyən həkimlərdən təmizləmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm