Vəkildən təklif: "Hakimlərin maaşları 8-10 min manat olmalıdır"
Turan
07:58 08.11.2019
Cəmiyyət
1113
“Hüquq pozuntularına yol verən hakimlərlə bağlı cəzalar çox sərt olmalıdır”. Bunu Sherg.az-a açıqlamasında tanınmış vəkil, hüquqşünas Adəm Məmmədov deyib. Vəkil bildirib ki, hakimlərin müstəqilliklərini təmin etmək üçün mütləq onun sosial təminatını gücləndirmək lazımdır:
“Düzdür, bununla bağlı mühüm sərəncamlar verilib və hakimlərin məvacibləri qaldırılıb. Birinci instansiya hakimlərinin maaşları təxminən 2700-2800 manata kimi artırıldı. Amma bu məbləğ kifayət deyil. Hesab edirəm ki, birinci instansiya hakimlərinin əməkhaqqları ən azından 8-10 min manat olmalıdır. Əgər belə olarsa, hakimlərin neqativ əməllərinə, korrupsiya hallarına rast gəlmərik. Maaşı yüksək olan, sosial təminatı yüksələn hakimlər nəyinsə müqabilində qanunsuz qərarlar verməyəcəklər və qərarları ədalətli olacaq. Hakimlərin asıllığı ortadan qalxacaq və müstəqillikləri təmin olunacaq”.
A.Məmmədovun sözlərinə görə, məhkəmə sistemində müsbət dəyişikliklər hiss olunmaqdadır:
“Kütləvi biabırçılıqlar demək olar ki, ortadan qalxıb. Lakin müəyyən problemlər var ki, onları tam aradan qaldırmaq mümkün olmayıb. Bunun üçün köklü islahatlara ehtiyac var. Hesab edirəm ki, hörmətli nazir Fikrət Məmmədov bu məsələdə bir qədər qətiyyətli olarsa, müsbət nəticələr əldə oluna bilər. Cənab Prezident məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında 13 aprel 2019-cu ildə Fərman imzalayıb. Bu Sərəncam məhkəmə sisteminin işlək olması və səmərəliyi üçün çox mütərəqqidir. Həmin Fərmanın icra mexanizmini həyata keçirmək lazımdır. Əgər bunu edə bilsək, məhkəmə-hüquq sistemində arzuladığımız nəticəni əldə edərik. Monitorinqlərin keçirilməsi üçün müvafiq komissiyalar yaradılmalı və ölkənin nüfuzlu ictimai-siyasi xadimləri komissiyaya üzv seçilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat