Vətən müharibəsi iştirakçıları türk şəhid Ömer Halisdemirin məzarını ziyarət ediblər-FOTO
07:47 07.01.2024
Cəmiyyət
507
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə qardaş ölkədə səfərdə olan bir qrup azərbaycanlı Vətən müharibəsi iştirakçısı yanvarın 6-da Niğdenin Bor mahalının Çukurkuyu qəsəbəsində inşa edilən astsubay baş çavuş Ömer Halisdemirin adını daşıyan Mədəniyyət Mərkəzində olublar və məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Vətən müharibəsi iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzində şəhid Ömer Halisdemirin şəxsi əşyalarının və şəkillərinin sərgiləndiyi muzeydə olublar, onun qardaşı Doğan Halisdemirlə görüşüblər.
Təəssüratlarını bölüşən şəhid Ömer Halisdemirin qardaşı 15 iyul gecəsi əziz şəhidlərimizin özünü sipər edərək Türkiyəyə qarşı xain cəhdin qarşısını aldığını bildirib. Ömerdən 4 yaş böyük olduğunu deyən D.Halisdemir qeyd edib ki, qardaşı Vətənini, millətini çox sevirdi və ədalətli insan idi: "Ömer Halisdemir vətən üçün hər şeyini fəda edərdi. Ömer şəhid olmamışdan bir həftə əvvəl görüşdük. Qardaşım o zaman dedi ki, "vətən daimidir, bizlər isə faniyik. Əcdadlarımız necə bu torpaqları bizə əmanət edibsə, biz də gələcək nəsillərə bu vətəni o cür təhvil verməliyik. Lazım gələrsə, vətən üçün şəhid olacağam" dedi və bir həftə sonra şəhid oldu".
Qardaş ölkədən gələn qazilərin onu sevindirdiyini qeyd edən Doğan Halisdemir Azərbaycana gəlmək, Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət etmək istədiyini bildirib. Azərbaycanı sevdiyini söyləyən Ömer Halisdemirin qardaşı ölkələr arasındakı münasibətlərin gündən-günə inkişaf etdiyini vurğulayıb.
Şəhid Ömer Halisdemirlə 2015-ci ilin noyabr və dekabr aylarında ümumilikdə 55 gün Ankarada Türkiyənin Xüsusi Təyinatlı Qüvvələrinin təşkil etdiyi snayper kursunda yoldaş olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş giziri, Vətən müharibəsi iştirakçısı Famil Fərəcov öz təəssüratlarını bölüşüb: "Kurs müddətində Ömer Halisdemirlə çox sıx əlaqələrimiz oldu və ondan çox şey öyrəndim. Mən böyük qürur hissi keçirirəm və fəxr edirəm ki, ömrümün 55 gününü Ömerlə bir yerdə keçirdim.
XTQ-nin baş giziri əlavə edib ki, o, ən çətin tapşırıqlar zamanı döyüşçü kimi əsl nümunə götürüləsi insan idi. Xüsusi təyinatlılara xas olan bütün özəlliklər, eyni zamanda, insanı xüsusiyyətlər onda cəmlənmişdi.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, iyulun 15-də Ömer Halisdemirin adı Türk millətinin qəlbinə həkk olunub.
QHT sədri əlavə edib ki, o, təkcə Türkiyənin yox, həm də Azərbaycan xalqının da qürur duyduğu bir igiddir. "2016-ci ildə qəhrəman Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək dövlət çevrilişi cəhdinin qarşısını aldı. Azərbaycan Prezidenti İlham Əliyev və xalqımız hadisənin ilk anlarında dövlət çevrilişinə cəhdi böyük narahatlıqla qarşıladı və qardaş xalqa öz mənəvi dəstəyini göstərdi",- deyə E.Həsənli bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb
01:30 22.04.2026
Dünya
Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir
00:46 22.04.2026
Sağlamlıq
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil