Yeni bakteriya növləri kəşf edildi: Dizel və benzini təmizləyə bilir
Fidan Həmişəyeva
09:30 03.09.2021
Cəmiyyət
769
Kalqari Universitetinin alimləri Arktikanın sularında bölgədə neft sızıntısının təmizlənməsinə kömək edən bakteriyalar aşkar ediblər.
“Sherg.az” türk mediasına istinadən bildirir ki, Atlantik Okeanının şimalında yerləşən və mövcud yanacaqları parçalaya bilən bakteriyalar “Labrador” dənizində yaşayır.
Həmin bakteriya növlərinə “Paraperlucidibaca”, “Cyclocasticus” və “Zhongshania” adı verilib. Araşdırmanın müəlliflərinə görə, bu bakteriyalar okeanı təmizləyir və ətrafdakı icmalar üçün həyati bir qaynaq olaraq qalır.
Araşdırmanın müəllifi Kasey Hubert Sin Mörfi adlı bir tələbəsinin Arktikada artan neft çirkliliyi barədə xəbərdarlıq etdiyini söyləyib. Həmin bölgədə böyüyən Mörfi Labrador xalqının dəniz nefti ilə olan kompleks əlaqələrini dərk etdikdən sonra araşdırmaya başlayıb.
Elm adamları araşdırma çərçivəsində Arktika dənizinin dibinin bir neçə santimetrində olan palçığı süni dəniz suyu və xam neftlə bir şüşədə birləşdirərək neft sızmasını təmizləməyə çalışıblar. Daha sonra Labrador dənizindəki istiliyə yaxınlaşmaq üçün 4 dərəcə selsi üzərində təcrübələr aparılıb və nə olacağını görmək üçün bir neçə həftə gözlənilib. Nəticədə dənizdəki bəzi bakteriyaların təmizləyici effektə malik olduğu meydana çıxıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət