Yol Polisi: "İşıqlandırma olmayan ərazilərdə piyada vurulmaları baş verir"
09:56 08.11.2019
Cəmiyyət
433
Yeraltı və yerüstü keçidlər olan ərazilərlə yanaşı, piyadavurulma hadisələri həm də paytaxtın inzibati ərazisinə düşən, şəhərkənarı yerlərdə işıqlandırma olmayan ərazilərdə də qeydə alınır.
Bu sözləri Oxu.Az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədovun sözlərinə görə, baş verən qəzalar nəticəsində, təəssüf ki, insanlar ya həyatını itirir, ya da ömür boyu əlil olaraq həyatlarına davam edirlər:
“İl ərzində bu günə qədər Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrində təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması hadisələrinin sayı ümumi qəzaların 52 faizini təşkil edir. Bu, çox böyük rəqəmdir və həqiqətən də, dövlət yol polisi əməkdaşlarını, eləcə də, rəhbərliyi ciddi narahat edir.
Mütəmadi olaraq biz piyadalara müraciət edirik. Yolu keçən zaman mütləq şəkildə sağa-sola diqqətlə baxmaq lazımdır. Yol keçəndə qulaqcıqlardan istifadə etmək həm piyada, həm də sürücülər üçün potensial təhlükə şəraiti yaradır.
Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq olmaz. Avtomobilin tam dayandığını əmin olmaq, daha sonra yolu keçmək lazımdır. Yolu tək şəkildə deyil, bir neçə piyada ilə keçmək, səkilərdən istifadə etmək daha məqsədəuyğundur”.
V.Əsədov Yol hərəkəti haqqında qanunun 40-cı maddəsinin tələblərini də xatırladaraq, bildirib ki, əgər piyadalar qaydanı pozursa, onlar cərimə olunacaqlar:
“Nəzərə alsaq ki, piyada keçidi olmayan yerdən yolu keçmək 20 manat, sürət həddi 80 km/saatdan artıq olan yerlərdən keçmək isə 40 manat cərimədir. Amma məqsəd heç də piyadaları cərimələmək deyil. Əsas hədəf insanların maarifləndirilməsi və təhlükəsizliyin təminidir”.
Şöbə rəisi onu da əlavə edib ki, piyadavurulma hadisələrini təhlil etdikdə aydın olur ki, əsasən, piyada kecidlərin yaxınlığında bu cür hallar daha çoxdur:
“Ən çox piyadavurulmalar yeraltı və yerüstü keçidlər olan ərazilərdə qeydə alınır. Paytaxtın inzibati ərazisinə düşən şəhərkənarı yerlərə işə işıqlandırma olmayan ərazilərdə bu cür hadisələr baş verir.
Günün qaranlıq saatlarında daha diqqətli olmaları, yaşayış məntəqələri olan yerlərdə sürət həddini mksimum aşağı salmalıdırlar. Piyada vurulması zamanı sürücülər də məsuliyyət daşıyır.
Lakin qeyd etməliyəm ki, piyada vurulması ilə nəticələnən qəzaların böyük əksəriyyəti piyadaların yolu onlar üçün təyin olunmayan hissələrdən keçməsi nəticəsində baş verir.
Piyadalar da bilməlidir ki, əgər qəza onların günahı ucbatından baş verirsə, hadisələrin ağırlıq dərəcəsindən asılı olaraq piyadalar inzibatı məsuliyyətə deyil,cinayət məsuliyyətinə cəlb olunacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət