İranın Ermənistandakı səfiri: Hər kəs sülh sazişini alqışlamalıdır

"İran Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyir, biz iki ölkə arasında sülh danışıqlarını da dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik".
Teleqraf xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani Sünikdə (Qərbi Zəngəzur) jurnalistlərə deyib.
“Biz inanırıq ki, sülh sazişinin imzalanması həm hər iki ölkənin, həm də regionun maraqlarına uyğundur. Həmin müqavilənin imzalanmasına töhfə verməyə hazırıq. Hər kəs sülh sazişini alqışlamalıdır”, - səfir bildirib.