“Gürcüstan tranzit funksiyasının inkişafına və kommunikasiya baxımından öz imkanlarının genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Bu nöqteyi-nəzərdən Gürcüstan, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq xüsusi önəm daşıyır”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazirin sözlərinə görə, bu gün açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, Gürcüstan, Azərbaycan və Türkiyə arasında uğurlu əməkdaşlığın ən yaxşı ifadəsidir.
“Çox vacib bir gündür, tarixi layihənin açılışını etdik, bu, tarixi Bakı-Tbilisi-Qars layihəsidir. Bildiyiniz kimi, Gürcüstan tranzit funksiyasının və kommunikasiya baxımından imkanlarımızın inkişafına xüsusi əhəmiyyət verir. Əlbəttə, bu baxımdan Gürcüstan, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu layihə həm də dost ölkələrlə nə qədər sıx əməkdaşlıq etdiyimizin ən yaxşı ifadəsidir. Bu əməkdaşlıq daha da inkişaf etdirilməlidir. Bu gün uğurlu əməkdaşlığımızın ən yaxşı ifadəsidir”, - İrakli Kobaxidze vurğulayıb.