Paşinyan Kobaxidzeni COP17 çərçivəsində keçiriləcək sammitə dəvət edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni COP17 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak etmək üçün Ermənistana dəvət edib.

Sherg.az xəbər verir ki, Ermənistan hökumətinin məlumatına görə, telefon danışığı zamanı tərəflər Ermənistan-Gürcüstan strateji münasibətlərinin gündəliyini və müxtəlif sahələrdə əməkdaşlığın gedişini müzakirə ediblər.