Seçkidə uduzacaqlarını bilirlər, uğursuz sui-qəsd Baş naziri daha da gücləndirdi
Ermənistan siyasətində gərginlik yaradan yeni hadisə hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. Baş nazir Nikol Paşinyan-a qarşı zərbə endirmək cəhdi ilə bağlı açılan cinayət işi üzrə üç nəfərə ittiham irəli sürülməsi daxili siyasi mühitdə təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Rəsmi açıqlamaya görə, hadisə ilə əlaqədar müxtəlif maddələr üzrə ictimai cinayət təqibi başlanıb və istintaq davam edir. Bu inkişaf ölkədə siyasi sabitlik və hökumət rəsmilərinin təhlükəsizliyi ilə bağlı müzakirələri daha da gücləndirib.
Politoloq Zərdüşt Əlizadə Sherg.az-a söyləyib ki, bütün dövlətlərdə siyasi hakimiyyət böyük neymət hesab edilir:
“Siaysi hakimiyyətə çatmaq naminə mübarizə aparan qüvvələr zorakılıqdan belə çəkinmirlər. Xatırlayırsınızsa, ABŞ-də son prezident seçkiləri zamanı Donald Trampa güllə atmışdılar. Açılan atəş nəticəsində qulağı deşilmişdi. Əgər güllə bir neçə santimetr başqa tərəfə getsə idi onun ölümüylə nəticələnə bilərdi. Yəni demoktratik sayılan ölkələrdə də zorakılığa əl atırlar nəinki Ermənistanda. Digər tərəfdən Ermənistanda parlament seçkiləri yaxınlaşır. Müxalifət can atır ki hakimiyyətə gəlsin. Lakin onlar bilirlər ki seçkilərdəki imkanları zəifdir. Yəni müxalifətin əsas fiqurları 13-14 il Ermənistanı idarə etmiş admlardır və xalq arasında nüfuzları aşağıdır. Anlayırlar ki, ədalətli seçkidə qalib gələ bilməyəcəklər. Bu səbəblə də başqa yollara əl atıralar. Düzdür hazırkı Baş nazir Nikol Paşinyan da dəstəyini itirib. Dalbadal məğlubiyyətlər onun nüfuzuna ciddi zərərə vurdu. Ancaq digərlərinə baxdıqda Paşinyanın mövqeyi güclüdür. Həm də unutmamılıyıq ki, inzibati imkanlar hakimiyyətə böyük bir dəstəkdir. Hər zaman azı 20-25 faiz səs gəlir hökumət qüvvələrinə. Ona görə də müxalifətin yalnız zorakılığa ümidi qalır. Öldürməəsələr belə döyərək hörmətdən salmağa çalışırlar”.
Analitik qeyd edib ki, hücumun baş verməsinin Paşinyana heç bir xeyiri yoxdur:
“Çünki o qalib gələcəyinə əmindir. Belə bir şaraitdə ona hansısa tamaşa qurmaq və ya özünə sui-qəsd təşkil etmək lazım deyil. Bu əksinə onun gücünə şübhə toxumu səpə bilər. Düşünürəm ki, bu hücum Rusiya və ona bağll müxalifətin əməlidir. Bundam sonra yəqin onun təhlükəsizliyi daha ciddi təmin olunacaq. Ümumiyyətlə uğursuz sui-qəsd hədəfi daha da gücləndirir”.