
Qafqazda NATO ssenarisi: Tramp və Tbilisi arasında gizli razılaşma iddiası dolaşır
05:53 31.07.2025
Cənubi Qafqaz
294
NATO qüvvələri Tbilisidə möhkəmlənir
Gürcüstan Qərbin Qafqazdakı ön xətti olur
ABŞ və Türkiyənin təşkilatçılığı ilə NATO müttəfiqlərinin Gürcüstanda irimiqyaslı hərbi təlimləri keçirilir. Gürcüstan hakimiyyətinin Rusiyaya yaxınlığına baxmayaraq, Vaşinqton ilə Tbilisinin hərbi-siyasi əməkdaşlığı davam edir. Bir sıra NATO ölkələri Ukrayna və Moldovanın iştirakı ilə Gürcüstan ərazisində başlanmış “Agile Spirit 2025” irimiqyaslı hərbi təlimlərdə iştirak edir. Gürcüstan hərbçiləri də həmin təlimlərə qatılır. Təşkilatçıların bəyan edilən məqsədi regional təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi və NATO daxilində, iştirakçı tərəfdaşlarla qarşılıqlı fəaliyyətin vacib təşviqidir. Gürcüstan Müdafiə Nazirliyi isə bildirib ki, təlimlərin əsas məqsədi Senaki-Vaziani yolunda gürcü-amerika taktiki hərəkətlərin məşq edilməsidir.
Təhlükəsizlik üzrə ekspert İlqar Altay bildirib ki, 2025-ci ilin martında Gürcüstanın hakimiyyəti NATO hərbi gəmilərinin ölkənin ərazi sularına (Poti və Batumi limanları) daxil olmasına icazə verib. Ekspert xatırladıb ki, iyulun 10-an başlayan manevrlərə hazırlıq çərçivəsində ABŞ-nin Avropa və Afrikadakı ordu tərəfdaşları Gürcüstana hərbi texnika, müxtəlif tip zirehli texnika, helikopterlər ötürüblər:

"Avqustun 6-dək davam edəcək bu təlimləri Gürcüstan hakimiyyəti konstitusiyanın 79-cu bəndi ilə əsaslandırıb. Gürcüstanın sabiq dövlət naziri Paata Zakareişvili də deyib ki, amerikalılar Cənubi Qafqazı elə sadə tərk etməyəcəklər. Onun sözlərinə görə, Ermənistanın Qərbə doğru Moskvadan uzaqlaşdığı nəzərə alınarsa, Rusiya bölgədə qalmaq üçün hər şeyi edəcək. Rusiyanın ətrafının belə xorla sökülməsi sensasiyadır. Burada əsas iki məsələ diqqət çəkir. Gürcülərin öz maraqlarına görə, bir anın içində siyasi manevr edə bilməsi maraqlıdır. Hətta İvanişvili qarışıq indiki hakimiyyət və xalq Rusiyadan uzaqlaşaraq Qərbə tərəf keçə bilir. Digər mühüm məqam isə Türkiyənin regionda ABŞ və NATO üçün əsas hərbi dayaq və dəstək olmasıdır. Bu da göstərir ki, ABŞ, Avropa və NATO ilə Rusiya arasında hərbi savaşda Türkiyə Qərbin yanında olacaq. Ola bilsin, Gürcüstan hakimiyyəti ilə ABŞ Prezidenti Donald Tramp arasında məxfi danışıqlar gedib və NATO qüvvələrinin Gürcüstandakı sayı artırılıb. Tbilisi də buna arxayın olaraq Moskvadan uzaqlaşma qərarı alıb. Onsuz da Gürcüstan hökuməti indiyə qədərki yaxınlıq fonunda Rusiyadan Abxaziya və Cənubi Osetiyanı geri qaytarmamasına görə çox narazıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm