Saakaşvili gürcü xalqını hakimiyyətə qarşı səfərbər etmək istəyir - ŞƏRH

  • Gürcüstan müxalifəti daxilində parçalanma mövcuddur, yetərli birlik yoxdur və əvvəlki dövrlərlə müqayisədə hakimiyyətə təzyiq imkanları xeyli zəifləyib

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin son açıqlaması Cənubi Qafqaz və postsovet məkanında davam edən geosiyasi dəyişikliklər fonunda diqqət çəkir. Saakaşvili Rusiyanın son illərdə region ölkələri üzərində təsir imkanlarının zəiflədiyini iddia edərək, Macarıstan, Rumıniya, Moldova, Azərbaycan və Ermənistanda Moskvanın mövqelərinin gerilədiyini, Ukraynada isə Kreml üçün əlverişsiz proseslərin getdiyini bildirib. Onun fikrincə, Gürcüstan da bu qlobal geosiyasi tendensiyaya qoşulmalı və Rusiyanın təsirindən uzaqlaşma siyasətini daha qətiyyətlə davam etdirməlidSabiq prezident bununla yanaşı, Gürcüstandakı mövcud hakimiyyəti sərt tənqid edib. O, hakim “Gürcü Arzusu” komandasını və partiyanın fəxri sədri Bidzina İvanişvilini ölkəni beynəlxalq proseslərdən təcrid etməkdə, Qərblə inteqrasiyanı ləngitməkdə və Rusiyanın maraqlarına uyğun siyasət yürütməkdə ittiham edib. Saakaşvili Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi əməliyyatları nümunə göstərərək, Gürcüstanda da siyasi fəallığın artırılmasına və hakimiyyət üzərində ictimai təzyiqin gücləndirilməsinə çağırış edib.

Lakin Saakaşvilinin bəyanatları yalnız geosiyasi reallıqların qiymətləndirilməsi kimi deyil, həm də Gürcüstanın daxili siyasi gündəminə hesablanmış mesajlar kimi dəyərləndirilir. Çünki sabiq prezident uzun müddətdir ki, mövcud hakimiyyətin əsas tənqidçilərindən biri kimi çıxış edir və ölkənin Avro-Atlantik inteqrasiyasının sürətləndirilməsini müdafiə edir. Bu baxımdan onun son çıxışı həm Rusiyanın regiondakı mövqeləri ilə bağlı müzakirələri, həm də Gürcüstanda hakimiyyət-müxalifət qarşıdurmasının yeni mərhələyə keçib-keçmədiyi sualını yenidən gündəmə gətirir.Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin son açıqlaması Cənubi Qafqaz və postsovet məkanında davam edən geosiyasi dəyişikliklər fonunda diqqət çəkir. Saakaşvili Rusiyanın son illərdə region ölkələri üzərində təsir imkanlarının zəiflədiyini iddia edərək, Macarıstan, Rumıniya, Moldova, Azərbaycan və Ermənistanda Moskvanın mövqelərinin gerilədiyini, Ukraynada isə Kreml üçün əlverişsiz proseslərin getdiyini bildirib. Onun fikrincə, Gürcüstan da bu qlobal geosiyasi tendensiyaya qoşulmalı və Rusiyanın təsirindən uzaqlaşma siyasətini daha qətiyyətlə davam etdirməlidir.



Politoloq Turab Rzayev Sherg.az-a söyləyib ki, siyasi şəxslərin açıqlamalarını təhlil edərkən təkcə faktoloji arqumentləri deyil, eyni zamanda onların siyasi missiyasına və siyasi fəaliyyətlərinə uyğun şəkildə dəyərləndirmək lazımdır:



"Günümüzdə xüsusilə populizmin, siyasi marketinqin və PR fəaliyyətinin yüksəldiyini görürük. Bəzən bunları real faktlardan ayırmaq lazımdır. Mixeil Saakaşvilinin açıqlamasını da iki istiqamətdə dəyərləndirmək lazımdır. Birincisi, faktların doğruluğu baxımından. Bəli, onun dediyi faktların müəyyən hissəsi mövcuddur. Biz Moldovanın Rusiyadan uzaqlaşdığını gördük. Ermənistan da Rusiyadan getdikcə uzaqlaşdığını açıq şəkildə bəyan edir və Avropa İttifaqına inteqrasiya yolunu seçir. Macarıstan və Rumıniya isə onsuz da Rusiyanın təsir dairəsindən uzaqlaşıb. Məsələn, Rusiyanın Ukraynada müharibəyə cəlb olunması təkcə Cənubi Qafqazda deyil, Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və digər ölkələrdə də təsir göstərir. Eyni zamanda bu proses Mərkəzi Asiyada da müşahidə olunur. Rusiyanın təsirindən uzaqlaşmaq meyilləri Mərkəzi Asiya ölkələrinin Qərblə yaxınlaşmasına, ən azı alternativ tərəfdaşlar axtarmasına səbəb olur. Biz Qazaxıstan və Özbəkistan rəhbərlərinin Avropa İttifaqı və ABŞ nümayəndələri ilə görüşlərinin şahidi oluruq. Ona görə də belə bir reallıq var və bu, həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır".

Analitik qeyd edib ki, burada deyilənlərin müəyyən PR tərəfi də var:

"Saakaşvili gürcü xalqını mövcud hakimiyyətə qarşı çıxmağa, ona dözməməyə çağırır. O, indiki hakimiyyəti Rusiyanın təsir agentləri kimi təqdim edir, onları Rusiyanın adamları kimi göstərir. Hakimiyyəti Tbilisini qaranlıqda saxlamaqda və ölkəni Rusiyanın daimi təsiri altında saxlamaqda ittiham edir. Eyni zamanda, Ukraynadakı prosesləri Gürcüstandakı daxili siyasi vəziyyətlə əlaqələndirir. Halbuki bunlar artıq siyasi təzyiq və siyasi PR elementləridir. Gürcüstanın daxili siyasi vəziyyətinin Ukraynadakı müharibə ilə birbaşa əlaqəsi yoxdur və hadisələrin nəticəsindən asılı olaraq dəyişə bilər. Əgər Ukraynada Rusiya üstünlük əldə etsə, Gürcüstandakı hakimiyyət daha da möhkəmlənə bilər. Əksinə, Ukraynanın üstünlüyü Rusiyanın regionda zəifləməsinə və Gürcüstan hakimiyyətinin Qərb tərəfindən daha ciddi təzyiqlərlə üzləşməsinə səbəb ola bilər. Amma birbaşa şəkildə Saakaşvilinin bəyanatlarının artıq daxili siyasi PR aləti kimi çox güclü təsirə malik olduğunu düşünmürəm. Çünki Gürcüstan daxilində müxalifət bir araya gələrək hakimiyyət üzərində ciddi təzyiq formalaşdıra bilmir. Müxalifətin son etiraz aksiyaları, mitinqləri və fəaliyyəti göstərir ki, Gürcüstan müxalifəti daxilində parçalanma mövcuddur, yetərli birlik yoxdur və əvvəlki dövrlərlə müqayisədə hakimiyyətə təzyiq imkanları xeyli zəifləyib".