Deputat: COP29-da ortaya qoyulan layihələr Azərbaycanın dünya birliyinə olan töhfəsidir

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi əhəmiyyətli hadisədir. Ümumiyyətlə COP tədbirləri dünyanın ən geniş miqyaslı, iştirakçı sayının yüksək olduğu tədbirlərdən biridir. Belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəminiz bir çox parametrlər üzrə əhəmiyyətinin və dünya birliyində yerinin ifadəsidir”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında Millət vəkili, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev söyləyib.

Deputat bildirib ki, 200-ə yaxın ölkənin COP29 Azərbaycanda keçirilməsini dəstəkləmi ölkəmizin imicinin yüksək səviyyədə olmasının göstəricidir: 

“Digər tərəfdən bu qədər çoxşaxəli və geniş miqyaslı bir tədbirin yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin gücünün, qütrətinin və peşəkar təşkilatçılığının bariz nümunəsidir. Dünyanın müxtəlif ölkələrindən təxminən 80 000 qonağın gəlməsi, fərqli parametrli tədbirdə onların iştirakları, çıxışları üçün hər cür şəraitin yaradılması Azərbaycan haqqında müsbət fikirlər formalaşdırır. Onlar öz ölkələrinə Azərbaycan haqqında yüksək təəssüratla qayıdacaqlar. Eyni zamanda bu qədər qonağın gəlməsi Azərbaycanın gələcəkdə iqtisadi, turizm əlaqələrin genişlənməsinə səbəb olacaq. COP29 Azərbaycan xalqının qonaqpərvərliyi, mədəniyyəti, tarixi haqqında yenidən dünyaya geniş şəkildə bilgi vermək imkanının əldə edilməsidir. Cənab Prezident İlham Əliyevin COP29 tədbirlərində çıxışı, bəşəriyyətin taleyi ilə bağlı narahatlığını ifadə etməsi, Azərbaycana dünya dövlətlərinin inamı bizim nüfuzumuzun daha böyük formada dünyada tanınmasıdır”.

M.Qasımov vurğulayıb ki, COP29 çərçivəsində keçirilən görüşlərdə aparılan müzakirələr, imzalanan sənədlər, ortaya qoyulan layihələr Azərbaycanın dünya birliyinə olan töhfəsidir:
“İqlim dəyişikliyi, quraqlıq, istiləşmə, aclıq dünyanı narahat edən ciddi problemlərdir. Həmin problemlərin həlli yolunda Azərbaycanın lider dövlət kimi çıxış etməsi dövlətimizin gücünün göstəricidir. Cənab Prezident İlham Əliyevin kiçik ada dövlətləri ilə bağlı apardığı siyasət, Azərbaycanın kolonializm və iperializmə qarşı mübarizə aparan dövlət kimi önə çıxması da COP29 tədbirləri səviyyəsində bir daha özünü göstərdi. Bu isə ölkəmizin Qoşulmama Hərəkatına (QH) rəhbərlik etdiyi dövrdə başladığı düzgün siyasətin davamıdır. COP29-un yüksək səviyyədə təşkili Azərbaycan üçün gələcəkdə böyük dividentlər vəd edir. Bundan sonra dünya birliyində adımız daha da ucadan səslənəcək”.