AYİB rəsmisi: Azərbaycan Yaşıl Şəhərlər proqramının necə işlədiyinə dair çox yaxşı nümunədir

"Bankların iqlim maliyyəsinə verməli olduğu dəstək ilk növbədə layihələrin hazırlanması üçün texniki yardımdır. Onlar müvafiq hallarda güzəştli maliyyə təmin etməli və layihələrin həyata keçirilməsinə dəstək verməlidirlər".
Bunu APA-ya açıqlamasında Avropa Yenidənqurma və İnkişaf Bankının Dayanıqlı İnfrastruktur Qrupunun Rəhbər müavini və AYİB Yaşıl Şəhərlər proqramının rəhbəri Lin O’qreydi deyib.

O bildirib ki, AYİB-də xüsusilə yaşıl dayanıqlı şəhərlərin, şəhərlərdə davamlı layihələrin maliyyələşdirilməsi üçün ayrılmış bir obyekt yaradılıb:

“Biz bunu AYİB Yaşıl Şəhərlər adlandırırıq və o, AYİB-in fəaliyyət göstərdiyi ölkələri əhatə edir. O, investisiya ilə yaşıl şəhər fəaliyyət planının hazırlanması vasitəsilə strateji planlaşdırmanı birləşdirir.”

AYİB Yaşıl Şəhərlər proqramının rəhbəri qeyd edib ki, indiyə qədər 25 ölkədə 90 layihəyə 3 milyard sərmayə qoyulub.

“Bu layihə çərçivəsində sərmayə qoyduğumuz ölkələrdən biri də Azərbaycandır. Gəncədə tamamlanmış Yaşıl Şəhər Fəaliyyət Planı mövcuddur və su və küçə işıqlandırması da daxil olmaqla bir sıra investisiyalar dəstəklənib. Azərbaycan bu proqramın necə işlədiyinə dair çox yaxşı nümunədir.”