
Müxalifət haqlıdır: Fransa Makron dövründə xarici siyasətdə ciddi problemlərlə üzləşib
13:02 06.10.2025
Dünya
452
Müxalifətin həmkarlar ittifaqları ilə birləşməsi və onların təsirli etirazları yaxın gələcəkdə seçkilər yolu ilə hakimiyyət dəyişikliklərinə gətirib çıxara bilər
Fransa siyasətində Emmanuel Makronun hakimiyyətidə ölkənin həm daxili, həm də xarici siyasətində ciddi sınaqlar yaşanmaqda davam edir. Liberalların idarəetməsi ilə bağlı yaranan problemlər və beynəlxalq arenada Fransanın mövqeyindəki zəifləmələr, həmçinin sosial sahədəki çətinliklər, ölkədə siyasi və ictimai gərginliyin artmasına səbəb olub. Son dövrlərdə isə həm sol, həm də sağ müxalifət yeni hökumətin tərkibini kəskin tənqid edərək, kabinetdə əksər nazirlərin vəzifədə qalmasını gözləntilərinin puça çıxması kimi qiymətləndirib. Hökumətə qarşı etimadsızlıq səsverməsi çağırışları səslənir, Baş nazir Sebastyan Lekornyun istefası və hökumət formalaşmasındakı çətinliklər Fransa siyasətində böhran əlamətlərini göstərir. Bu kontekstdə, Makron hökumətinə qarşı müxalifətin mövqeyi güclənir və yaxın gələcəkdə siyasi dəyişikliklərin baş verməsi ehtimalı artır.
Politoloq Hüseyn İbrahimov Sherg.az-a açıqlamasında Fransada Makron hakimiyyəti dövründə liberalların idarəetməsi nəticəsində həm Avropa İttifaqı daxilində, həm də dünyada rəsmi Parisin mövqeyində müəyyən zəifləmələrin müşahidə olunduğunu söyləyib:

"Eyni zamanda, Makronun yürütdüyü siyasət bir çox xarici ölkələrdə, xüsusilə Cənubi Qafqazda və Fransanın keçmiş koloniyalarında ölkənin imicinə mənfi təsir göstərdi. Bu, onu təsdiqləyir ki, Fransa Makron dövründə xarici siyasətdə ciddi problemlərlə üzləşib və ölkənin sosial həyatında çətinliklər artıb. Bundan əlavə, Fransanın xarici borcları indiyədək olmamış səviyyəyə qədər yüksəlib. Bütün bunlar Makrona qarşı olan müxalifət qüvvələri üçün əsaslı arqumentlərdir. Gələcəkdə bu proseslərin gedişi müxalifət və iqtidar arasında qarşıdurmanın daha da dərinləşəcəyini göstərir. Fransanın xarici borcları, Avropa İttifaqı daxilində və ümumilikdə xarici siyasətdə Makronun səhvləri müxalif qüvvələrin güclənməsinə səbəb olacaq. Bununla yanaşı, Avropa İttifaqı ölkələrində liberalların mövqeyinin zəifləməsi müşahidə olunur və sağçı qüvvələrin hakimiyyətə gəlməsi ehtimalı artır. Qeyd etmək lazımdır ki, Fransanın siyasi mədəniyyəti Avropanın ən dəyişkənlərindəndir. Burada tez-tez konstitusiya dəyişiklikləri, hakimiyyət dəyişikləri, həmkarlar ittifaqları ilə dövlət arasındakı qarşıdurmalar və postkolonial siyasətin yaratdığı etirazlar baş verir. Bütün bunlar Makronun apardığı “liberal” siyasət ilə uyğun gəlmir".
Politoloq bildirib ki, hazırda Makron hakimiyyətinə qarşı müxalifətin mövqeyini haqlı hesab etmək olar:
"Makron dövründə liberal-demokratik yönümlü vədlər yerinə yetirilmədi. Nəticədə Fransanın xarici borcları və ölkənin dünyadakı imici ciddi şəkildə zəiflədi, bu da hökumətin uğursuz siyasətinin nəticəsidir. Bütün bu amillər: Makron hökumətinin zəifləməsi, dünyada və Avropa İttifaqında baş verən dəyişikliklər göstərir ki, hökumətə qarşı müxalif çıxışlar yaxın zamanlarda həmkarlar ittifaqları ilə birlikdə daha təsirli etirazlara, hətta ixtişaşlara səbəb ola bilər. Bu proses Fransanın Avropa İttifaqı daxilində, Avropa-ABŞ münasibətlərində və ümumilikdə xarici siyasətdə uğursuzluqları, həmçinin ölkənin artan borcları ilə bağlıdır. Nəticədə, Makron hökumətinə qarşı müxalifətin həmkarlar ittifaqları ilə birləşməsi və onların təsirli etirazları yaxın gələcəkdə seçkilər yolu ilə hakimiyyət dəyişikliklərinə gətirib çıxara bilər".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm