ABŞ-da təyyarə dağa çırpılıb, ölənlər və xəsarət alan var


ABŞ-da təyyarə dağa çırpılıb.

"Report" xəbər verir ki, bu barədə "Anchorage Daily News" yerli polisə istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə Alyaskada, Muz Pass yaşayış məntəqəsində qeydə alınıb. Tern gölünün şimal sahilində baş vermiş qəza zamanı 3 nəfər həlak olub, daha 1 nəfər yaralanıb.

Məlumata görə, yaralının vəziyyəti ağırdır. O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, 2 gün əvvəl də ABŞ-ın Şimali Karolina ştatında kiçik mühərrikli təyyarə evə düşüb.