Həyat yoldaşına, qayınanasına kabus yaşatdı... “100 adam öldürəcəyik”'



Türkiyənin Batman bölgəsində tez-tez  şiddət görən və həyat yoldaşı tərəfindən evdən qovulan 1 uşaq anası ata evinə sığınıb. Evə hücum edən ər arvadını, qayınanasını və baldızını döyərək onları hədələyib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki,  təxminən 3 il əvvəl evlənərək Batmandan İstanbula köçən 1 uşaq anası 28 yaşlı Kübra A., əri tərəfindən tez-tez döyüldüyü bildirilir. 7 ay əvvəl həyat yoldaşı tərəfindən evdən qovulan qadın, 2 yaşlı uşağını da yanına alaraq Batmandakı ata evinə dönüb. Kübra A. boşanma iddiası açıb. Bunu eşidən əri Məmməd A., Batmana gələrək həyat yoldaşının olduğu ata evinə gedib. Mübahisə zamanı Məmməd A., həyat yoldaşını, qayınanası və baldızını döyərək  hadisə yerindən qaçıb. 

Kübra A., "Evləndiyim gündən bəri həyat yoldaşımdan şiddət gördüm.  Mənə, ailəmə, anama, atama, bütün sülaləmə söyürdü. Heç cür yol gedə bilmirdik. Son olaraq məni evdən atdı. Bütün paltarlarını yığ, get dedi. Amma mən yenə getmədim. Araya ailələr girdi, guya razılaşdıq, amma olmadı. Son olaraq anamgilə gəldim. Təxminən 7 aydır anamın evindəyəm.  Dekabrın 20-də gəlmişəm. Bu müddətdə heç uşağını da axtarmadı. Mən bu adamı istəmirəm. Təhdid edilirəm. Səlahiyyətlilərdən kömək istəyirəm. Ay yarım  əvvəl mənə mesaj atdı, “Uşağım üçün barışmaq istəyirəm, məni bağışla” filan yazdı. Mən də uşağım üçün bir şans verim dedim. Danışdım. Boşanma iddiası açdığım üçün mənə mesaj yazdı. Danışıb barışmalıydıq. Dedim "Əgər bura gələcəksənsə, məndən, ailəmdən üzr istəyəcəksən,  mən də səni bağışlayacam”.  "Yaxşı" dedi. Dünən əmisiylə birlikdə gəldi. Məncə planlı bir şəkildə gəlmişdi. Evdə oturdu. Xoş gəldin dedim. Hətta su verdim, kola verdim. Amma anam "xoş gəldin" demədi. Təbii ki, incik idi. Demək məcburiyyətində də deyildi. Oturar - oturmaz bir şeyləri bəhanə etdi".


"Anamın saçından tutub, yerlərdə sürüdü"

Ərinin qayınanasına "Sən niyə mənə xoş gəldin demədin" sözlərini Kübra A., belə anladır:

"Anam da “Mən sənə xoş gəldin demək məcburiyyətində deyiləm” dedi. Bir az mübahisə oldu. Oturduğu yerdən qalxdı. Birbaşa anamın alınına yumruq vurdu, onu döydü. Anamın saçından tutub, yerlərdə sürüdü. Əmisi də yan tərəfdə oturmuşdu. Guya ayırmağa çalışdı, amma əvvəlcədən əmisiylə sanki danışıb, dəstək almışdı. Biz də ayırmağa çalışan zaman ara qarışdı.  Planlı şəkildə gəldikləri müəyyən idi. Mən ayırmağa çalışarkən üzümə yumruq atdı. Bacımın qarınına təpik atdı. Bu adam belədir, yəni heç cür düzəlməz. Mən səlahiyyətlilərdən kömək istəyirəm. Əvvəl şikayətçi olmadım. Amma dünən oldum. Dünən mən, anam və bacım polis bölməsinə getdik. Xəstəxanaya getdik, döyülməyimizlə bağlı sənəd aldıq. İndi əlimdə sənəd var."

"İki gün möhlət verdi"

Boşanma iddiası açdığını bildirən Kübra A., "Mən bu adamdan boşanmaq istəyirəm. Bu gün də mənə qonşum tərəfindən xəbər göndərdilər. Mən onun evinə getmək istəmirəm, deyib ki, “get ona söylə sabaha qədər möhləti var, toyumuz var, toydan sonra özü gəlirsə gəlsin, gəlmirsə uşağı alacağıq. Bu təhdid deyilmi? Bu adam məni təhdid etdi. Mən uşağımı vermək istəmirəm. Bu adama güvənmirəm. Mənə, anama, bacıma bunu edən, uşağa nələr etməz. Bu adamdan yalnız boşanmaq istəyirəm. Dövlətin bizə sahib çıxmasını istəyirəm. Mənə və uşağıma. Hazırda heç bir yerdə işləmirəm. Sağlamlıq zəmanətim yox. İşim yox. Ailəmin də maddi vəziyyəti pisdir. Əsəblərim də pozulub. Bu adamdan mümkünsə birinci iclasda boşanmaq istəyirəm. Məni narahat etməsin, ailəmi narahat etməsin. Yetər artıq" deyə danışır.

 Kürəkəni tərəfindən döyülən Münəvvər S. isə qorxduğunu ifadə edərək bunları söyləyir:

"Təxminən 3 ildir qızım evlidir. Şiddətə görə mənim evimə gəldi, mənə sığındı. Anası olaraq qızıma sahib çıxmışam. 6-7 aydır qızım mənim evimdədir. Heç qızımı axtarmadı. Qızım boşanma iddiası açdıqdan sonra barışmaq istədi. Məqsədi təzminat, aliment verməməkdir. Guya barışmaq üçün evimə gəldilər, amma planlı bir şəkildə gəldilər. Problemlərimizi danışırdıq. Birdən-birə kürəkənim ayağa qalxdı, “Sən niyə  mənə xoş gəldin demədin” dedi. Mən də ona “Mən sənə xoş gəldin demək məcburiyyətində deyiləm. Sənin qızıma etdiklərini hələ unutmamışam” dedim. Bunu demişdim kürəkənimdən yumruq yedim, döyüldüm. Başmı divarlara vurdu, huşumu itirdim. Sinir böhranı keçirdim, mədəm bulandı, qusdum. Vətəndaşlar, polislər gəlmişdi. Ən son özümü xəstəxanada gördüm."

"100 adamı öldürəcəyik, qan tökəcəyik"

Şikayətçi olduğunu ifadə edən Münəvvər S., "Bu insanlardan qorxuram. Məni və qızımı təhdid edirlər. Yetər artıq. Mənim və qızımın həyatı təhlükədədir. Son olaraq dövlətimdən, səlahiyyətlilərdən kömək əli uzatmalarını istəyirəm. Məni və qızımı bu haldan qurtarsınlar. Bu gün də təhdid etdilər. İki gün möhlət verdilər. “İki gün sonra gəlirsənsə, gəl. Gəlməsən uşağımızı da alıb, 100 adamı öldürəcəyik. Qan tökəcəyik, elə gedəcəyik” ismarıcı yollayıblar. Mənim həyat yoldaşım da narahatdır. Tək başıma bazara gedə bilmirəm. Evin bütün məsuliyyəti də mənim üstümdədir" deyə ah-nalə çəkir.