4 metrlik velosiped hazırladı: Küçədə görənlər çaşdı



 Türkiyənin Giresun bölgəsində bir gəncin istifadə etdiyi 4 metrlik velosiped diqqəti cəlb edir.Sherg.az türk mediasına istinadən xəbər verir ki, Bulancak qəsəbəsində yaşayan 18 yaşlı Həmzə Yıldırım evinin qarşısındakı avtomobil təmirxanasında ustalarla 4 metrlik velosiped hazırlayıb.Yıldırım qəsəbənin küçələrində pedalla hərəkətə gətirdiyi 4 metrlik velosipediylə hamının üzünü güldürür. O, jurnalistlərə verdiyi açıqlamada fərqli bir dizaynla velosiped hazırlamağa qərar verdiyini söyləyir.
Velosipedi 3 günə hazırladığını bildirən Yıldırım, "Fərqli və həyəcanlı bir şey oldu. Sürərkən ilk sınaq mərhələlərində yıxıldım, amma sonra tarazlığı bərpa etdim" deyir. Yıldırım, ətrafda görənlərin çox çaşdıqlarını ifadə edərək, bunları qeyd edir: "İlk dəfə görənlər "Dəlisən, minə bilməzsən" dedilər. Ancaq mən tez alışdım, normal velosiped kimi çox rahat istifadə edirəm. Əvvəlcə dirəyə söykəyirəm, sonra minirəm və pedalı hərəkətə gətirib gedirəm. Heç bir çətinliyim yoxdur. Velosipedi hazırladım, sınadıqdan 1 gün sonra isə sürməyi öyrəndim".