Kreml də təsdiq etdi: Putin avqustda Fransaya gedəcək


Fransa Prezidenti Emmanuel Makron ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olacaq.

TASS bildirir ki, bu barədə Fransa Prezidenti BFM telekanalının canlı efirində jurnalistin sualını cavablandırarkən məlumat verib.

Emmanuel Makron qeyd edib ki, görüş avqustun 19-da Prezidentin yay iqamətgahı olan “Fort de Bregancon”da keçiriləcək.

Rusiya Prezidentinin avqust ayının ikinci yarısında Fransaya səfər edəcəyini Kremldən də təsdiqləyiblər.

Belə ki, Kremlin mətbuat xidmətinin bu barədə yaydığı xəbərdə deyilir: "Vladimir Putinin göstərilən müddətdə Fransaya səfəri işlənilir".