Uşaqlarından birini otağa kilidlədi, digərini...


 Türkiyənin Dənizli şəhərində oğulu Mehmeti otağa kilidləyən Kadriye K., digər uşağı Ömər Egeyi yanına alaraq evi tərk edib. Polisə müraciəti edən Ramazan K., həyat yoldaşının evi niyə tərk etdiyini bilmir.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Kadriye K. (30), iyulun 20-də iki uşağından  Mehmeti  (10) otağa kilidlədikdən sonra digər oğulu Ömər Egeylə (5) birlikdə evi tərk edib.



Dülgərlik edən Ramazan K., axşam evə dönən zaman oğulu  Mehmeti bağlı qapılar arxasında aşkarlayıb. 11 illik həyat yoldaşı və digər oğulu Ömər Egeyi evdə görməyən Ramazan K., polisdə gedərək uşağının itkin düşdüyünü söyləyib.
Tək istəyinin oğuluna qovuşmaq olduğunu vurğulayan Ramazan K. daha sonra bunları deyib: 
 - Son zamanlar həyat yoldaşımın mənə qarşı rəftarı dəyişmişdi. Lakin aramızda heç bir problem yox idi. 20 iyulda oğulum Ömər Egeyi yanına alaraq evi tərk edib. 8 gündür onlardan xəbər yoxdur.  Evi niyə tərk etdiyini də bilmirəm. Mən arvadımın oğulumu geri gətirməsini istəyirəm. Boşanma iddiası açacam. Tək istəyim oğuluma qovuşmaqdır.