Həcc ziyarətinə gələn zəvvarların sayı 1,5 milyon nəfərə çatıb


Bu il Səudiyyə Ərəbistanına həcc ziyarətinə gələn zəvvarların sayı 1 milyon 516 min 101 nəfərə çatıb.

AZƏRTAC Səudiyyə Ərəbistanının Miqrasiya məsələləri üzrə Baş İdarəsinin məlumatına istinadla xəbər verir ki, zəvvarların 1 milyon 412 min 894 nəfəri hava, 86 min 359–u avtomobil və 16 min 848-i dəniz yolu ilə ölkəyə daxil olub.

Zəvvarların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 123 min 369 nəfər, yəni 9 faiz artıb.