Əsma Əsəd xərçəngə qalib gəldi


Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd bir il davam edən müalicədən sonra onkoloji xəstəliyə qalib gəlib.

Axar.az xəbər verir ki, bu barədə Suriya prezident sarayından informasiya yayılıb.

“Var gücü və inamı ilə başlatdığı xərçənglə mübarizə yolunun başa çatmasından sonra Suriya Ərəb Respublikasının rəhbərliyi və prezident ofisinin əməkdaşları xanım Əsma Əsədi xəstəlik üzərində qazanılan qələbə münasibətilə təbrik edir”, - saraydan bildirilib.