Kliçko Kiyevi tərk etdi


Kiyev meri Vitali Kliçko bu gün Ukrayna paytaxtını tərk edib. Axar.az xəbər verir ki, Kliçkonun hansı istiqamətdə uçduğu bəlli olmayıb.

Kliçkonun təyyarədə çəkilmiş görüntülərini jurnalist İrina Kasparova paylaşıb.

“Dünya çempionu ilə göyərtədə. Məzuniyyət üçün əla başlanğıc”, - Kasparova bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Kiyev meri Vitali Kliçkonu istefaya göndərməyi planlaşdırması ilə bağlı məlumat yayılmışdı. Kliçko da açıqlamasında Kiyev meri vəzifəsindən azad ediləcəyi təqdirdə, avropalı tərəfdaşlarına müraciət edəcəyini bildirmişdi.