Misirin Xarici İşlər naziri Sameh Şükri iraqlı və iordaniyalı həmkarları ilə üçtərəfli görüş keçirmək üçün bu gün Bağdada yola düşüb.
AZƏRTAC yerli “Əl-Youm7” xəbər portalına istinadla xəbər verir ki, İraqın paytaxtında keçiriləcək üçtərəfli görüş Qahirə, Bağdad və Əmman arasında siyasi koordinasiya və iqtisadi inteqrasiyanın inkişafı sahəsində tərəfdaşlıq məsələlərinə həsr olunacaq.
Misir XİN-nin rəsmi nümayəndəsi Əhməd Hafizin verdiyi məlumata görə, Xarici İşlər nazirləri xalqların tərəqqi və çiçəklənmə yolu ilə getmək istəklərinə uyğun olaraq, üç ölkə arasında iqtisadi inteqrasiyası sahəsində gələcəkdə atılacaq addımları müzakirə edəcəklər. XİN-in rəsmi nümayəndəsi xüsusi vurğulayıb ki, bu görüş martın 24-də Qahirədə baş tutan Misir, İordaniya və İraq liderlərinin üçtərəfli sammitinin qərarına uyğun keçirilir.